Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan və Ukrayna prokurorluqları arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb

02 Dekabr 2021, 12:20 (GMT +4)

Bakı, 2 dekabr, SalamNews. Ukraynanın Baş prokuroru İrina Venediktovanın dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada işgüzar səfərdə olub.

Bu barədə SalamNews-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Nümayəndə heyətini səmimi salamlayan Baş prokuror İrina Venediktova noyabrın 30-da ölkəmizdə baş verən helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığını bildirib, həlak olanların ailə üzvlərinə səbr diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Kamran Əliyev ukraynalı həmkarına başsağlığına görə minnətdarlığını bildirib. Keçirilən ikitərəfli görüşdə Baş prokuror səmimi qəbula görə təşəkkürünü bildirərək ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən mehriban dostluq münasibətlərinin mövcudluğunu vurğulamaqla bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına tövhə verdiyini qeyd edib.

Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunan uğurlu nəticələr barədə ətraflı məlumat verib.

Həmçinin görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət mühakiməsinin aparılması, nifrət zəminində törədilən cinayətlər, məişət zorakılığı, cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri, habelə prokurorluq fəaliyyətinin rəqəmsallaşdırılması mövzuları üzrə səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə əlaqələrin gələcək konturlarını müəyyən edən “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Ukrayna Baş prokurorunun Ofisi arasında əməkdaşlıq haqqında Razılaşma” imzalanıb.

Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Ukrayna prokurorluğunun yaradılmasının 30 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbir çərçivəsində "Kleptokratiya və qanunsuz maliyyə axımları" mövzusunda Beynəlxalq Antikorrupsiya Forumu öz işinə başlayıb. Forumda çıxış edən Baş prokuror dövlət başçısının siyasi kursuna uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı aparılan hüquqi və institusional tədbirlər, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rolu barədə məlumat verərək, cinayət yolu ilə əldə olunan əmlakın müsadirəsi və bərpası sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Forum çərçivəsində Litva, Bolqarıstan, Estoniya və sair ölkələrin baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirilib, mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Kiyevdə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edildi, abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Sentyabr 2022, 09:29 (GMT +4)
Bakıda və bölgələrdə külək güclənəcək (XƏBƏRDARLIQ)

29 Sentyabr 2022, 09:19 (GMT +4)
Fransa hökuməti son iki ildə ölkədə 24 məscidi bağlayıb

29 Sentyabr 2022, 09:10 (GMT +4)
Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb

29 Sentyabr 2022, 09:00 (GMT +4)
Azərbaycan XİN: Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir

29 Sentyabr 2022, 08:49 (GMT +4)
İran İraqın şimalında separatçı kürd bölmələrinin mövqelərinə 73 raket atdığını bildirib

28 Sentyabr 2022, 22:30 (GMT +4)
Taekvandoçumuz Avropa çempionu olub

28 Sentyabr 2022, 21:45 (GMT +4)
İstanbul derbisinin hakimləri açıqlanıb

28 Sentyabr 2022, 21:22 (GMT +4)
I Divizion: "Araz Naxçıvan" "Sumqayıt"ı darmadağın edib, "Mingəçevir" "Şamaxı"ya uduzub

28 Sentyabr 2022, 21:16 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatları yalandır

28 Sentyabr 2022, 19:50 (GMT +4)
MN: Ermənistan tərəfinin açdığı atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

28 Sentyabr 2022, 18:00 (GMT +4)
AAYDA: Bakının Cavanşir küçəsi təmir edilir

28 Sentyabr 2022, 17:59 (GMT +4)
Lionel Messi Ronaldonun rekordunu təkrarlayıb

28 Sentyabr 2022, 17:48 (GMT +4)
Bu ilin 6 ayında 17 528 nəfəri heyvan dişləyib

28 Sentyabr 2022, 17:38 (GMT +4)
Son sutkada Azərbaycanda 164 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

28 Sentyabr 2022, 17:28 (GMT +4)
Zaqatalada narkotacirdən odlu silah götürülüb

28 Sentyabr 2022, 17:23 (GMT +4)
"Fənərbaxça" müdafiəçisi ilə yollarını ayırıb

28 Sentyabr 2022, 17:20 (GMT +4)
Binəqədi rayonunda şəhidlərin əziz xatirəsinə Memorial Kompleksin açılışı olub (FOTO)

28 Sentyabr 2022, 17:15 (GMT +4)
ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırıb

28 Sentyabr 2022, 17:15 (GMT +4)
İraq İranın səfirini Bağdadda XİN-ə çağırıb

28 Sentyabr 2022, 17:00 (GMT +4)
Bakıda qadının boğazından 3200 manatlıq qızıl boyunbağı qoparılıb

28 Sentyabr 2022, 16:50 (GMT +4)
Bakının Üzeyir Hacıbəyov küçəsində velosiped üçün duracaqlar təşkil edilib

28 Sentyabr 2022, 16:40 (GMT +4)
Şuşa mənzil-kommunal və təmir xidmətinin inzibati binası bərpa olunur

28 Sentyabr 2022, 16:30 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksindəki bərpa işləri ilə tanış olublar (FOTO)

28 Sentyabr 2022, 16:26 (GMT +4)
Bağdadda Sədrin tərəfdarları ilə polis arasında yenidən toqquşma olub, yaralananlar var

28 Sentyabr 2022, 16:25 (GMT +4)
Prezident Şuşada yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olub

28 Sentyabr 2022, 16:20 (GMT +4)
Baş Prokurorluqda qanvermə aksiyası keçirilib

28 Sentyabr 2022, 16:13 (GMT +4)
Lavrov: Rusiya öz tarixində taleyüklü mərhələni yaşayır

28 Sentyabr 2022, 16:03 (GMT +4)
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 693 mini keçib

28 Sentyabr 2022, 15:53 (GMT +4)
MN: Azərbaycan, Türkiyə və Gürcüstün xüsusi təyinatlılarının təlimi keçiriləcək

28 Sentyabr 2022, 15:45 (GMT +4)
MN: Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66