PSJ İngiltərədən futbolçu alır 06 Dekabr 2021, 00:56 (GMT +4) Bakı, 6 dekabr, SalamNews, R.Nadirli. "Vulverhempton"un müdafiəçisi Rayan Ayt-Nuri PSJ-yə keçə bilər.
SalamNews xəbər verir ki, Paris təmsilçisi bu futbolçu üçün İngiltərə klubuna təklif göndərib.
PSJ 20 yaşlı oyunçu üçün 30 milyon funt sterlinq ödəyəcək.
Ayt-Nuri cari mövsüm Premyer Liqada 8 oyun keçirib.
Peşəkar karyerasına "Anjer"də başlayan futbolçu 2020-ci ildən "Vulverhempton"da oynayır.
|