Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Avropa Cüdo Birliyi Azərbaycan Cüdo Federasiyasını təltif edib

06 Dekabr 2021, 16:00 (GMT +4)

Bakı, 6 dekabr, SalamNews, R.Nadirli. Türkiyənin İstanbul şəhərində Avropa Cüdo Birliyinin (ACB) növbəti konqresi keçirilib.

SalamNews Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə ACF-nin vitse-prezident Elnur Məmmədli və baş katib Rəşad Rəsullu iştirak ediblər.

Konqresdə ACB-nin prezidentinin, vitse-prezidentlərin, baş katibin, hakimlər üzrə direktorun, həmçinin baş xəzinədarın hesabatları, o cümlədəm 2020-ci il üçün maliyyə hesabatı dinlənilib və təsdiq edilib.

Qəbul edilmiş qərara əsasən, ACB-nin hüquqi qeydiyyatı və mərkəzi Maltadan Avstriyaya keçirilib.

Konqres zamanı ACF nümayəndələri ACB-nin prezidenti Sergey Soloveyçik, təhsil üzrə vitse-prezidenti Ceyn Bric, marketinq üzrə vitse-prezidenti Otto Naytinqer, hakimlər üzrə direktor Aleksandr Yatskeviç ilə görüşlər keçirərək qurumlar arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər və iş birliyinin genişləndirilməsi üçün atılacaq növbəti addımları müəyyən ediblər.

Eyni zamanda, konqresdə iştirak edən müxtəlif ölkələrin (Türkiyə, Almaniya, Polşa, Ukrayna, Belarus, Avstriya, Fransa, Yunanıstan, Şimali Makedoniya, İsveçrə, Estoniya və s.) cüdo federasiyaları ilə ikitərəfli görüşlər keçirilərək federasiyalararası əməkdaşlıq potensialı müzakirə olunub.

Konqresin sonunda Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazanmış Avropa ölkələrinin federasiyaları, o cümlədən Azərbaycan Cüdo Federasiyası “ACB Olimpiya Mükafatı – Tokio-2020” ilə təltif olunub. Mükafat ACF-nin vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədliyə verilib.

Olimpiadada bürünc medal qazanmış xanım cüdoçu İrina Kindzerskayaya da ACB-nin eyniadlı mükafatı təqdim olunub və mükafatı onun adından ACF-nin baş katibi Rəşad Rəsullu qəbul edib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Sentyabr 2022, 10:03 (GMT +4)
Ərdoğan: Nüvə müharibəsinə keçidin bədəli fəlakətlidir

29 Sentyabr 2022, 09:52 (GMT +4)
DİN: Sosial şəbəkələrdə kütləvi dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

29 Sentyabr 2022, 09:50 (GMT +4)
Bağdadda raket hücumu və toqquşmalarda yaralananların sayı 122-ə çatıb

29 Sentyabr 2022, 09:42 (GMT +4)
Rusiyanın Vaşinqtondakı səfiri: ABŞ vəziyyəti nüvə güclərinin toqquşmasına doğru sövq edir

29 Sentyabr 2022, 09:39 (GMT +4)
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisidə şəhid ailələri ilə görüşüb

29 Sentyabr 2022, 09:29 (GMT +4)
Bakıda və bölgələrdə külək güclənəcək (XƏBƏRDARLIQ)

29 Sentyabr 2022, 09:19 (GMT +4)
Fransa hökuməti son iki ildə ölkədə 24 məscidi bağlayıb

29 Sentyabr 2022, 09:10 (GMT +4)
Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb

29 Sentyabr 2022, 09:00 (GMT +4)
Azərbaycan XİN: Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir

29 Sentyabr 2022, 08:49 (GMT +4)
İran İraqın şimalında separatçı kürd bölmələrinin mövqelərinə 73 raket atdığını bildirib

28 Sentyabr 2022, 22:30 (GMT +4)
Taekvandoçumuz Avropa çempionu olub

28 Sentyabr 2022, 21:45 (GMT +4)
İstanbul derbisinin hakimləri açıqlanıb

28 Sentyabr 2022, 21:22 (GMT +4)
I Divizion: "Araz Naxçıvan" "Sumqayıt"ı darmadağın edib, "Mingəçevir" "Şamaxı"ya uduzub

28 Sentyabr 2022, 21:16 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatları yalandır

28 Sentyabr 2022, 19:50 (GMT +4)
MN: Ermənistan tərəfinin açdığı atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

28 Sentyabr 2022, 18:00 (GMT +4)
AAYDA: Bakının Cavanşir küçəsi təmir edilir

28 Sentyabr 2022, 17:59 (GMT +4)
Lionel Messi Ronaldonun rekordunu təkrarlayıb

28 Sentyabr 2022, 17:48 (GMT +4)
Bu ilin 6 ayında 17 528 nəfəri heyvan dişləyib

28 Sentyabr 2022, 17:38 (GMT +4)
Son sutkada Azərbaycanda 164 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

28 Sentyabr 2022, 17:28 (GMT +4)
Zaqatalada narkotacirdən odlu silah götürülüb

28 Sentyabr 2022, 17:23 (GMT +4)
"Fənərbaxça" müdafiəçisi ilə yollarını ayırıb

28 Sentyabr 2022, 17:20 (GMT +4)
Binəqədi rayonunda şəhidlərin əziz xatirəsinə Memorial Kompleksin açılışı olub (FOTO)

28 Sentyabr 2022, 17:15 (GMT +4)
ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırıb

28 Sentyabr 2022, 17:15 (GMT +4)
İraq İranın səfirini Bağdadda XİN-ə çağırıb

28 Sentyabr 2022, 17:00 (GMT +4)
Bakıda qadının boğazından 3200 manatlıq qızıl boyunbağı qoparılıb

28 Sentyabr 2022, 16:50 (GMT +4)
Bakının Üzeyir Hacıbəyov küçəsində velosiped üçün duracaqlar təşkil edilib

28 Sentyabr 2022, 16:40 (GMT +4)
Şuşa mənzil-kommunal və təmir xidmətinin inzibati binası bərpa olunur

28 Sentyabr 2022, 16:30 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksindəki bərpa işləri ilə tanış olublar (FOTO)

28 Sentyabr 2022, 16:26 (GMT +4)
Bağdadda Sədrin tərəfdarları ilə polis arasında yenidən toqquşma olub, yaralananlar var

28 Sentyabr 2022, 16:25 (GMT +4)
Prezident Şuşada yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66