Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gəncədə "avtoş"lara qarşı reyd keçirilib

11 Dekabr 2021, 12:17 (GMT +4)

Bakı, 11 dekabr, SalamNews. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SalamNews-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir neçə VAZ markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi aşkar edilib.

Bundan başqa, araşdırmalar zamanı bəzi sürücülərin şəhər ərazisində təhlükəli manevrlər edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq sosial şəbəkələrdə paylaşması və bununla da vətəndaşların haqlı narazılığına səbəb olması aşkar edilib.

Həmin sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara Yol Hərəkəti haqqında Qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66