Somali paytaxtında BMT rəsmilərinin yolunda partlayış törədilib, ölənlər var (FOTO)12 Yanvar 2022, 15:18 (GMT +4) Bakı, 12 yanvar, SalamNews, B.Samid. Somalinin paytaxtı Moqadişoda BMT rəsmilərinin olduğu maşın karvanı yolunda partlayış törədilib.
SalamNews Sputnik.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Somali Radiosu məlumat yayıb.
Bildirilib ki, bu gün Moqadişoda BMT rəsmilərinin olduğu maşın karvanı yolunda şiddətli partlayış törədilib.
Partlayışın bir kamikaze tərəfindən həyata keçirildiyi və burada azı səkkiz nəfərin öldüyü deyilir.
Ondan çox yaralı var.
“Əş-Şəbab əl-Mücahidin” bu hücumu üzərinə götürüb.
|