Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda iki xəstəxanada işləməyən həkimlərə əməkhaqqı verildiyi məlum olub

10 Fevral 2022, 15:00 (GMT +4)

Bakı, 10 fevral, SalamNews. Ötən il Qusar və Ağdam rayonlarının mərkəzi xəstəxanalarında maliyyə pozuntuları aşkarlanıb, bəzi vəsaitlərin xəstəxananın kassasına mədaxil edilmədiyi məlum olub.

SalamNews xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin Qusar və Ağdam rayonlarının mərkəzi xəstəxanalarında aparılan nəzarət tədbirləri zamanı “İcbari tibbi sığorta üzrə xidmətlər zərfi”nə daxil olmayan tibbi xidmətlərdən daxil olan vəsaitin xəstəxananın kassasına mədaxil edilmədiyi, cari və əsaslı təmir işlərinin həcmlərinin artırıldığı və podratçı təşkilatlara artıq büdcə vəsaitinin ödənildiyi müəyyən olunub.

Həmçinin, işə davamiyyəti olmayan, yəni faktiki olaraq işləməyən işçilərə, o cümlədən həkimlərə əsassız olaraq uzun müddət əməkhaqqı verildiyi, imtiyazlı xəstələr üçün aptek bölməsi tərəfindən tərtib edilmiş hesabatlarda qiyməti daha yüksək olan dərmanların miqdarının həkim reseptlərində çox göstərildiyi və bu kimi nöqsanlar nəticəsində büdcə vəsaitinin artıq xərcləndiyi müəyyən edilib.

Qeyd edək ki, hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və digər təşkilatlarda bu cür hallara yol verilməsinin qarşısının alınması məqsədilə, habelə təqsirkar vəzifəli şəxslər barədə tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyətlərinə, müvafiq yerli icra hakimiyyətlərinə və maliyyə orqanlarına məktublar göndərilib.

Nəzarət tədbirləri üzrə artıq və əsassız ödənilmiş vəsaitləri məsul vəzifəli şəxslər dövlət büdcəsinə ödəyərək bərpa edilmiş, prokurorluq və hüquq-mühafizə orqanlarının qərarlarına əsasən aparılan nəzarət tədbirləri ilə aşkar edilən artıq və əsassız ödənişlərin bir hissəsi ibtidai istintaq zamanı təqsirkar şəxslərin nağd qaydada dövlət büdcəsinə ödəməklə bərpa edilmiş, qalan hissəsinin bərpası isə məhkəmə qərarlarına əsasən, təqsirkar şəxslərin əmlaklarına yönəldilməklə hazırda davam etdirilir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 İyun 2022, 14:05 (GMT +4)
El Pais: Ukraynadakı hadisələr Aİ-nin NATO-dan asılılığının artmasına səbəb olub

30 İyun 2022, 13:54 (GMT +4)
Azərbaycanda taxıl sahələrinin 49 %-də biçin başa çatıb

30 İyun 2022, 13:44 (GMT +4)
Səudiyyənin Yəmənlə sərhəddə yerləşən strateji hava limanı partlayışlara görə fəaliyyətini dayandırıb

30 İyun 2022, 13:34 (GMT +4)
“Yuventus” Paulo Dibala ilə yollarını ayırıb

30 İyun 2022, 13:33 (GMT +4)
Dövlət başçısı: “Azərbaycan “Bandunq prinsipləri”ni baza prinsipləri kimi götürür”

30 İyun 2022, 13:23 (GMT +4)
CNN: Nyu York məhkəməsi Donald Trampa məhkəməyə hörmətsizliklə bağlı bəraət verib

30 İyun 2022, 13:12 (GMT +4)
Azərbaycan Prezidenti Pakistan Senatının sədrini qəbul edib

30 İyun 2022, 13:05 (GMT +4)
"Real"dan ayrılan futbolçu "Qalatasaray"a keçə bilər

30 İyun 2022, 13:02 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

30 İyun 2022, 12:55 (GMT +4)
DİN: Yevlaxda narkotacir polisə xəsarət yetirib

30 İyun 2022, 12:45 (GMT +4)
Gürcü mütəxəssis Kipr millisinin baş məşqçisi təyin edilib

30 İyun 2022, 12:44 (GMT +4)
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib

30 İyun 2022, 12:33 (GMT +4)
ABŞ və Taliban Dohada Əfqanıstanın dondurulmuş pulları ilə bağlı danışıqlara başlayıblar

30 İyun 2022, 12:27 (GMT +4)
UEFA Region Kubokunda ilkin seçmə mərhələnin oyunları başa çatıb

30 İyun 2022, 12:25 (GMT +4)
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Bəyannaməsi qəbul edilib

30 İyun 2022, 12:15 (GMT +4)
Zelenski Donbassdakı Ukrayna qoşunları üçün vəziyyəti çətin adlandırıb

30 İyun 2022, 12:09 (GMT +4)
“Qəbələ” yeni mövsüm üçün formalarını təqdim edib - (FOTOLAR)

30 İyun 2022, 12:03 (GMT +4)
Baş Prokurorluq: Müdafiə Nazirliyinin əsgəri bədbəxt hadisə nəticəsində ölüb

30 İyun 2022, 11:54 (GMT +4)
Putin NATO bazalarının Finlandiya və İsveçdə yerləşdirilməsinə güzgülü cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib

30 İyun 2022, 11:44 (GMT +4)
İsraildə Knesset seçkilərinin vaxtı açıqlanıb

30 İyun 2022, 11:43 (GMT +4)
"Neftçi" Türkiyə klubu ilə yoxlama oyunu keçirəcək

30 İyun 2022, 11:40 (GMT +4)
İlham Əliyev: Minsk qrupu ilə bağlı spekulyasiyalar sülh üçün dağıdıcı təsirə malikdir

30 İyun 2022, 11:30 (GMT +4)
Prezident: “Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı məcburi köçkünə çevrilmişdi”

30 İyun 2022, 11:20 (GMT +4)
Bayden Ərdoğana F-16 qırıcıları vəd edib

30 İyun 2022, 11:19 (GMT +4)
Güləşçilərimiz U-20 Avropa çempionatında rekord nəticəyə imza atıblar

30 İyun 2022, 11:10 (GMT +4)
Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxış edir - CANLI

30 İyun 2022, 11:02 (GMT +4)
İslam təqviminin Həcc, Qurbanlıq və Qədir-xum ayı olan zilhiccə ayı başlayır

30 İyun 2022, 10:52 (GMT +4)
Bakıda və Hacıqabulda suyun verilməsində məhdudiyyətlər olacaq

30 İyun 2022, 10:46 (GMT +4)
Nablusda İsrail qüvvələri ilə toqquşmada 23 fələstinli yaralanıb

30 İyun 2022, 10:32 (GMT +4)
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66