Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Sosial ödənişlər üçün ayrılan vəsaitlər bu il daha da artacaq

11 Fevral 2022, 11:45 (GMT +4)

Bakı, 11 fevral, SalamNews. "Son illərdə yeni sosial ödəniş növləri təsis edilib, ödəniş təyin edilənlərin sayı artıb. Hazırda isə Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı verilməklə onlara Prezident təqaüdünün təyinatı işləri aparılır və yaxın günlərdə bitəcək. Bütün bunlar sosial ödənişlərin davamlı artımı ilə bərabər, sosial təminatın əhatə dairəsinin ildən-ilə genişləndiyini göstərir".

SalamNews xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti sosial təminat sisteminin gücləndirilməsinə və sosial müdafiə proqramlarının genişlənməsinə imkan verib. Hər il bu istiqamətdə mühüm addımlar atılır.

Qeyd edilib ki, əməkhaqqı və digər sosial ödənişlərin 2022-ci ilin əvvəlindən artırılması üçün 1,5 milyard manat, pensiyalarda indeksasiya əsaslı yeni artım və pensiyaçılara maddi yardım üçün 352 milyon manat həcmində əlavə illik vəsait ayrılıb.

2018-2021-ci illərdə sosial təminat növləri üzrə illik xərclər 2,4 milyard manat və ya 60% artaraq 6,4 milyard manata çatıb. Keçən il yalnız pensiya təminatı istiqaməti üzrə əhaliyə 4,6 milyard manat vəsait ödənilib. Bu da əvvəlki ilə nisbətən 118 milyon manat çoxdur. Cari ilin əvvəlindən edilən artımlar onu deməyə əsas verir ki, 2022-ci ildə də sosial təminat üzrə ayrılan vəsaitlərdə növbəti ciddi artım olacaq.

Bütün bunlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl irəliləyişləri göstərir.

Digər sosial ödənişlər (müavinət, təqaüd və s.) kimi, pensiyaların məbləği də ildən-ilə artır, üç il əvvələ nisbətən minimum pensiya məbləğində 2,2 dəfə, ölkə üzrə orta aylıq pensiya məbləğində 60% artım olub. Dövlət başçısının 8 fevral 2022-ci il tarixli Sərəncamı ilə pensiyalarda orta hesabla daha 9 faiz artıma nail olunub ki, nəticədə pensiyaların orta aylıq məbləğinin bu il 360 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 385 manata çatacağı gözlənilir.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) payı ötən il bir qədər də azalaraq 25,2 faizə endiyi də diqqətə çatdırılıb. Bildirilib ki, ümumilikdə transfertin payı DSMF gəlirlərində 2017-ci illə (38,1 faiz) müqayisədə 12,9 faiz azalıb. Bu müsbət dinamika sosial sığorta daxil olmalarında mütəmadi artımın, fəaliyyət sahələrində şəffaflığın təminatı və optimallaşdırma tədbirlərinin nəticəsi olmaqla, DSMF-nin maliyyə dayanıqlığının möhkəmlənməkdə davam etdiyini göstərir.

Kollegiya iclasında 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsinə hazırlıq işləri də müzakirə olunub, yaxın vaxtlarda həmin ödənişlərin verilməsinə başlanacağı bildirlib.

Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların 2021-ci ildəki fəaliyyətinin yekunları və 2022-ci ildə qarşılarında duran vəzifələr müzakirə olunub.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 İyun 2022, 01:35 (GMT +4)
İddiaçılar Turniri: Teymur Rəcəbov liderlə heç-heçə edib

30 İyun 2022, 01:19 (GMT +4)
"Sumqayıt"ın idman direktoru klubdan ayrılıb

30 İyun 2022, 00:42 (GMT +4)
Azərbaycanda 3 idman federasiyası ləğv olunub

30 İyun 2022, 00:20 (GMT +4)
Avropa çempionatı: Güləşçimiz Qurban Qurbanov gümüş medal qazanıb

30 İyun 2022, 00:03 (GMT +4)
"Qarabağ" Almaniya və Rumıniya klubları ilə bərabərə qalıb

29 İyun 2022, 17:59 (GMT +4)
Teleaparıcı Vladimir Solovyov Azərbaycandan üzr istəyib

29 İyun 2022, 17:48 (GMT +4)
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

29 İyun 2022, 17:38 (GMT +4)
NATO Rusiyanı əsas təhlükə kimi göstərən Alyansın Strateji Konsepsiyasını qəbul edib

29 İyun 2022, 17:37 (GMT +4)
İbrahim Rəisi: İran Türkmənistan qazının svop yolu ilə Azərbaycana nəqlini artırmağa hazırdır

29 İyun 2022, 17:27 (GMT +4)
Rəisi: “Azərbaycan Prezidentinin Tehrana, mənim də Bakıya səfər etmək planlarımız var”

29 İyun 2022, 17:19 (GMT +4)
Prezident İlham Əliyev İranla əlaqələrin daha da inkişaf etdiyini bildirib

29 İyun 2022, 17:10 (GMT +4)
NATO rəsmi olaraq İsveç və Finlandiyanı üzvlüyə dəvət edib

29 İyun 2022, 17:05 (GMT +4)
Tanınmış jurnalist Zaur Mirzəzadənin vəkili: Müvəkkilim heç bir cinayət əməli törətməyib

29 İyun 2022, 17:01 (GMT +4)
Bayden: Rusiya Avropanın «finlandiyalaşmasına» nail olmaq niyyətində idi, lakin «natolaşma»sı ilə üzləşəcək

29 İyun 2022, 16:50 (GMT +4)
İran Əfqanıstanla sərhəddə bir əsgərinin ölümü ilə bağlı Talibana çağırış edib

29 İyun 2022, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

29 İyun 2022, 16:32 (GMT +4)
Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında iştirak edir 

29 İyun 2022, 16:22 (GMT +4)
Səfir Antonov: Yeni anti-Rusiya sanksiyaları bütün iqtisadiyyatlar üçün oyun qaydalarını pozur

29 İyun 2022, 16:10 (GMT +4)
Tunisdə muxalifətin lideri terrorçuluqda ittihamlandırılıb

29 İyun 2022, 16:04 (GMT +4)
Polad Bülbüloğlu Babayanla bağlı yayılmış xəbərlərə görə Rusiyanın səlahiyyətli orqanlarına sorğu ilə müraciət edib

29 İyun 2022, 15:55 (GMT +4)
BNA: "14 marşrut xətti üzrə 25 avtobusun hərəkəti 16 dəqiqə gecikir"

29 İyun 2022, 15:45 (GMT +4)
Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib

29 İyun 2022, 15:44 (GMT +4)
Britaniya XİN: Rusiya ilə danışıqlar yalnız Ukraynanın hərbi qələbəsindən sonra aparıla bilər

29 İyun 2022, 15:37 (GMT +4)
İsrail və İranın bir-birinin infrastrukturasına kiber hücumları artıb

29 İyun 2022, 15:32 (GMT +4)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub

29 İyun 2022, 15:22 (GMT +4)
Conson hesab edir ki, NATO ölkələri müdafiə xərclərini artırmalıdır

29 İyun 2022, 15:12 (GMT +4)
Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək

29 İyun 2022, 15:01 (GMT +4)
Madriddə NATO liderlərinin sammiti işə başlayıb

29 İyun 2022, 14:50 (GMT +4)
Şolts: NATO lazım olduğu müddətcə Ukraynaya silah tədarük etməyə davam edəcək

29 İyun 2022, 14:40 (GMT +4)
DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66