Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İlham Əliyev: Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb

11 Fevral 2022, 12:52 (GMT +4)

Bakı, 11 fevral, SalamNews. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb.

SalamNews xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıbdır. Bu, ölkədə gedən müsbət meyillərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür. Əlbəttə ki, bizdə bütün sahələrdə olan potensial bu demoqrafik artıma uyğun olmalıdır. Eyni zamanda, ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Keçən il biz xalqımızı gözəl göstəricilərlə sevindirə bildik. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının ilk yekunları mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir. İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir. Yəni, bu onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək. Yanvar ayı ilin başlanğıcıdır. Dünyanın istənilən ölkəsində yanvar ayında iqtisadi artım templəri adətən o qədər güclü olmur, o cümlədən Azərbaycanda. Amma qeyd etdiyim bu göstəricilər, necə deyərlər, özlüyündə bir nəticədir.

Əlbəttə ki, artan sənaye artan generasiya gücləri tələb edir. Məhz biz buna görə belə nəhəng obyektləri inşa edirik. Artan daxili tələbatı belə gözəl enerji stansiyaları ilə təmin edəcəyik. Eyni zamanda, qeyd etdiyim kimi, bizim enerji gücümüzə xaricdə tələbat artır. Bizim 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır - Türkiyə, Rusiya, Gürcüstan və İran. Qeyd etdiyim kimi, 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac etmişik. Bizim həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.

Əlbəttə ki, bu, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Biz hamımız xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində bizim özümüzə enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar. Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır. Ona görə bugünkü mənzərə çox müsbətdir və ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur, amma bu gün dünyanın bir çox ölkələrində bu problemlər var və kəskinləşir. Bəzi ölkələr, ümumiyyətlə, öz enerji balansını düzgün tərtib edə bilmirlər. Çünki xarici təchizatçılardan asılıdırlar və orada müəyyən problemlər yaranıbdır. Ona görə biz həm ölkə daxilində, həm bölgədə, həm geniş mənada qitədə çox etibarlı enerji təchizatçısı ölkəsinə çevrilmişik. Əlbəttə ki, növbəti planlarımız da var. Həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpaolunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq".



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 İyul 2022, 16:30 (GMT +4)
Bu gün Bakı metrosu yay qrafikinə keçir

04 İyul 2022, 16:20 (GMT +4)
Putin hərbçiləri “LXR”in azad edilməsi münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb

04 İyul 2022, 16:11 (GMT +4)
"Mançester Siti" İngiltərə millisinin üzvü ilə 48 milyon avroluq müqavilə imzalayıb

04 İyul 2022, 16:10 (GMT +4)
Goranboy sakininin avtomobilini qaçıran şəxslər saxlanılıb

04 İyul 2022, 16:00 (GMT +4)
Bloomberg: Aİ Ukraynaya ölkəni bərpa etmək üçün 500 milyard avro təqdim edə bilər

04 İyul 2022, 15:50 (GMT +4)
Faktiki hava: Zaqatalanın kəndlərindən sel keçib

04 İyul 2022, 15:48 (GMT +4)
"Barselona" afrikalı futbolçu transfer edib

04 İyul 2022, 15:40 (GMT +4)
Türkiyə Rusiyanın Suriyadakı əməliyyatına cavab verməyəcəyini proqnozlaşdırıb

04 İyul 2022, 15:30 (GMT +4)
Türkiyədən Azərbaycana qanunsuz yolla dərmanların keçirilməsinin qarşısı alınıb

04 İyul 2022, 15:20 (GMT +4)
Köçərli Həsənov Şəmkirdə vətəndaşları qəbul edəcək

04 İyul 2022, 15:20 (GMT +4)
SANA: ABŞ Suriya neftini daşıyan 55 maşını İraqın şimalına keçirib 

04 İyul 2022, 15:12 (GMT +4)
AFFA "Zirə"nin məşqçisi ilə bağlı şikayəti təmin etməyib

04 İyul 2022, 15:10 (GMT +4)
Reuters: Roma Papası Kanadaya səfərindən sonra Moskva və Kiyevə səfər etmək istədiyini deyib

04 İyul 2022, 15:00 (GMT +4)
Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

04 İyul 2022, 14:50 (GMT +4)
Bakıda qadınların bank hesabından pul çıxaran şəxs saxlanılıb

04 İyul 2022, 14:44 (GMT +4)
“Mançester Siti”nin hücumçusu “Arsenal”la anlaşıb

04 İyul 2022, 14:42 (GMT +4)
İran Azərbaycanla quru sərhəd keçidlərinin açılmasını istəyib

04 İyul 2022, 14:34 (GMT +4)
İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb

04 İyul 2022, 14:24 (GMT +4)
Qaraqalpaqıstanda iğtişaşlar zamanı 18 nəfər həlak olub

04 İyul 2022, 14:14 (GMT +4)
ASCO gəmilərdəki dezinfeksiya işlərinə 3,6 milyon manat xərcləyib

04 İyul 2022, 14:10 (GMT +4)
Peskov: Qaraqalpaqstanda baş verənlər Özbəkistanın daxili işidir

04 İyul 2022, 14:04 (GMT +4)
Volodin: NATO bazalarının yerləşdirilməsi Finlandiya və İsveçi qorumayacaq

04 İyul 2022, 14:03 (GMT +4)
Afrika Millətlər Kuboku təxirə salınıb

04 İyul 2022, 14:00 (GMT +4)
Bakıda iki küçədə avtomobillərin sıxlığı yaranıb

04 İyul 2022, 13:49 (GMT +4)
Azərbaycanda polisə xəsarət yetirilməsi ilə bağlı ata və oğul saxlanılıb

04 İyul 2022, 13:47 (GMT +4)
Prezident İlham Əliyev İrana səfər edəcək

04 İyul 2022, 13:39 (GMT +4)
Baş nazir: İsveç Türkiyə ilə razılaşmanın şərtlərinə əməl edəcək

04 İyul 2022, 13:29 (GMT +4)
İran Çin bazarını əldən verməmək üçün bu ölkəyə satdığı neftin qiymətini 10 dollar aşağı salıb - KİV

04 İyul 2022, 13:18 (GMT +4)
DİM II və III qrup üzrə 32 mindən çox abituriyent üçün imtahan keçirəcək

04 İyul 2022, 13:08 (GMT +4)
Şabranda narkotikə görə 2 qardaş saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66