Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Pakistan nümayəndə heyəti Azərbaycan gömrük orqanlarının fəaliyyəti ilə tanış olublar

12 Fevral 2022, 15:56 (GMT +4)

Bakı, 12 fevral, SalamNews. Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının Gömrük əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Hudanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Bakı Baş Gömrük İdarəsində, Dövlət Gömrük Komitəsinin Akademiyasında və Kinoloji Mərkəzdə olub.

SalamNews xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli nümayəndə heyətinə qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, xarici ticarət əməliyyatlarının xeyli hissəsinin həyata keçirildiyi baş idarədə bütün əməliyyatlar informasiya texnologiyalarının tətbiqi hesabına həyata keçirilir.

Sahibkarlar tərəfindən elektron qaydada təqdim edilən bəyannamələr xüsusi proqram təminatının köməyi ilə qısa zaman kəsiyində tam şəffaf qaydada emal edilir. Yüklərin eyniləşdirilməsi və gömrük nəzarətinin digər zəruri mərhələləri ən müasir texnologiyalardan istifadə olunmaqla həyata keçirilir. Diqqətə çatdırılıb ki, gömrük sistemində son illərdə aparılan islahatlar vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük əməliyyatlarının sadələşdirilməsinə, vaxt və vəsait itkisinin qarşısının alınmasına şərait yaradıb.

Pakistanlı qonaqlarla daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasında görüş keçirilib.

Akademiyanın rəisi Qulu Novruzov qonaqlara Dövlət Gömrük Komitəsinin Akademiyasının
yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib və iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb.

Sonra Gömrük Akademiyasının fəaliyyəti ilə bağlı geniş təqdimat nümayiş etdirilib.

Qonaqlar Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyəti ilə yaxından tanış olub,
imtahanların gedişatını izləyiblər. Qeyd olunub ki, Akademiyada bakalavr və magistr hazırlığı ilə yanaşı, gömrük əməkdaşları üçün xidmətə ilkin hazırlıq və ixtisasartırma təlimləri də təşkil olunur, gömrük sahəsində elmi araşdırmaların, tədqiqatların aparılmasına xüsusi önəm verilir.

Sonda Akademiyanın tələbələrdən ibarət özfəaliyyət dərnəyinin xor və rəqs kollektivlərinin çıxışları qonaqlar tərəfindən xüsusi maraqla izlənilib.

Səfər çərçivəsində qonaqlar Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olublar. Bildirilib ki, Mərkəzdə 100 baş xidməti itin saxlaması, onlara tibbi qulluq göstərməsi və təlim verilməsi mümkündür. Həmçinin, burada cins küçüklərin çoxaldılması, böyüdülməsi və saxlanılması üçün şərait mövcuddur. Mərkəzin bazasında təcrübəli və yüksək ixtisaslı mütəxəssislər tərəfindən kinoloqların və xidməti axtarış itlərinin hazırlanması həyata keçirilir. Xidməti itlərə narkotik vasitələrin,partlayıcı maddələrin, odlu silahların və döyüş sürsatının axtarışı, bütün növ obyektlərin mühafizəsi və digər istiqamətlər üzrə yetişdirilir. Qeyd olunub ki, Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası fəaliyyət göstərir və burada yetişdirilən itlər müxtəlif beynəlxalq yarışlarda qələbə qazanıblar.

Xatırladaq ki, Pakistan nümayəndə heyətinin səfəri fevralın 13-də başa çatacaq.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 İyul 2022, 00:44 (GMT +4)
Çempionlar Liqası: I təsnifat mərhələsinin oyunları start götürüb

06 İyul 2022, 00:27 (GMT +4)
“Qarabağ”da hər şey qaydasındadır, heç bir problem yoxdur - Qurban Qurbanov

05 İyul 2022, 23:55 (GMT +4)
Çempionlar Liqası: "Qarabağ" "Lex"ə uduzub - (YENİLƏNİB)

05 İyul 2022, 23:19 (GMT +4)
Gələcəkdə əsas heyətdə görə biləcəyimiz gənc və perspektivli oyunçularımız var - Elmar Baxşıyev

05 İyul 2022, 23:03 (GMT +4)
"Fənərbaxça" "Qəbələ"nin rəqibinə qalib gəlib

05 İyul 2022, 22:39 (GMT +4)
İslamiada: Azərbaycanın daha iki komandasının rəqibləri müəyyənləşib

05 İyul 2022, 22:21 (GMT +4)
Niderland millisinin üzvü "Beşiktaş"la anlaşıb

05 İyul 2022, 21:09 (GMT +4)
"Zirə" yeni futbolçusunu təqdim edib

05 İyul 2022, 20:42 (GMT +4)
Yoxlama oyunu: "Qəbələ" "Qaziantep"ə məğlub olub

05 İyul 2022, 18:00 (GMT +4)
Məktəblərdə boş olan direktor vəzifəsinə 120 nəfər sənəd verib

05 İyul 2022, 17:50 (GMT +4)
Sabah Ucarın qaz təchizatında fasilə yaranacaq

05 İyul 2022, 17:40 (GMT +4)
Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib

05 İyul 2022, 17:35 (GMT +4)
Putin ev heyvanları üçün yemlərin yerli istehsalının artırılması təşəbbüsünü dəstəkləyib

05 İyul 2022, 17:23 (GMT +4)
İran Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasındakı qarşıdurmlara münasibət bildirib

05 İyul 2022, 17:20 (GMT +4)
Zelenski: Belarus Ukrayna münaqişəsinə cəlb oluna bilər

05 İyul 2022, 17:10 (GMT +4)
Bərdə polisinə yeni rəis müavini təyin edilib

05 İyul 2022, 17:00 (GMT +4)
Stoltenberq: Putin NATO-ya qapını bağlamağa çalışıb

05 İyul 2022, 16:52 (GMT +4)
Azərbaycanda son sutkada daha 49 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

05 İyul 2022, 16:42 (GMT +4)
Peskov Si Tsinpinin Rusiyaya səfərdən imtina etməsini təkzib edib

05 İyul 2022, 16:36 (GMT +4)
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcəyə daxilolmalar 25% artıb

05 İyul 2022, 16:26 (GMT +4)
Türkiyə prezidenti tezliklə İrana rəsmi səfərə gedəcək

05 İyul 2022, 16:20 (GMT +4)
Bakı Olimpiya Stadionunda VAR layihəsi ilə əlaqədar seminar keçirilib - (FOTOLAR)

05 İyul 2022, 16:17 (GMT +4)
Kür çayından ölkəyə daxil olan su 27 faiz azalıb

05 İyul 2022, 16:07 (GMT +4)
PSJ-nin baş məşqçisi istefaya göndərilib

05 İyul 2022, 16:03 (GMT +4)
Müdafiə Nazirliyinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib (VİDEO)

05 İyul 2022, 16:03 (GMT +4)
Medvedyev G7-nin təklifinə cavab olaraq Yaponiyaya xəbərdarlıq edib

05 İyul 2022, 15:53 (GMT +4)
“Neftçi”nin Boludakı ilk matçının başlama saatı dəyişdirilib

05 İyul 2022, 15:52 (GMT +4)
ARDNF I yarımildə büdcə proqnozuna 73% əməl edib

05 İyul 2022, 15:42 (GMT +4)
Stoltenberq: İsveç və Finlandiyanın NATO-ya qoşulması üçün ratifikasiya prosesi başlayıb

05 İyul 2022, 15:38 (GMT +4)
Türkiyənin “Cumhuriyet” qəzetinin müəllifi Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını NATO-nun genişlənməsinə cavab olduğunu bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66