Azərbaycan iqtisadiyyatı 6%-ə yaxın böyüyüb14 Fevral 2022, 12:40 (GMT +4) Bakı, 14 fevral, SalamNews. 2022-ci ilin yanvar ayında ölkədə 9257,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 % çox ümumi daxili məhsul istehsal olunmuşdur.
SalamNews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlmat yayıb.
Bildirilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 %, qeyri neft-qaz sektorunda isə 8,8 % artmışdır.
ÜDM istehsalının 54,4 %i sənaye, 8,4 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6 %i nəqliyyat və anbar təsərrüfatı, 3,0 %i tikinti, 2,4 %i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 %i informasiya və rabitə, 1,0 %i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,6 %i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 %ini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 922,2 manata bərabər olmuşdur.
|