Neft korreksiya çərçivəsində ucuzlaşıb15 Fevral 2022, 10:30 (GMT +4) Bakı, 15 fevral, SalamNews. Dünya bazarında üç gün ərzində ümumilikdə 5%-lik qiymət artımından sonra neft korreksiya çərçivəsində ucuzlaşıb.
SalamNews xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,81% ucuzlaşaraq, 1 bareli 95,73 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,89% aşağı düşərək, 1 bareli 94,62 ABŞ dolları təşkil edib.
Neft bazarındakı yüksəlişi yanacaq tədarükünə təsir göstərə biləcək qeyri-sabit geosiyasi fon şərtləndirir.
Bununla belə, “qara qızıl”ın qiyməti artmaqda davam edə bilər. Belə ki, analitiklərin proqnozlarına görə, qlobal ehtiyatlar aşağı səviyyədə qaldığı bir zamanda tələb artmaqda davam edir.
|