Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Əkinçilik Elmi-Tədqiqat İnstitutu əməkdaşlıq əlaqələrini davam etdirir (FOTO)

16 Fevral 2022, 10:50 (GMT +4)

Bakı, 16 fevral, SalamNews. Əkinçilik ET İnstitutunun nümayəndələri əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyində olublar.

SalamNews xəbər verir ki, görüşdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, direktor müavini Nizami Hümmətov, elmi əməkdaşlardan Yasin Kərimov, Sevindik Dünyamalıyev, Rasib Zeynalov, Laçın Novruzov, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin direktor müavini Əhliman Verdiyev və digər nümayəndələr iştirak ediblər.

Tərəflər rəhbərlik etdikləri qurumun fəaliyyət istiqamətləri və görülmüş işlər barədə ətraflı məlumat veriblər. Faiq Xudayev diqqətə çatdırıb ki, bu gün Əkinçilik Elmi-Tədqiqat İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərcimək), yem (yonca, xaşa) bitkilərinin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı, otlaq və biçənəklərin məhsuldarlığının artırılması, yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi kimi geniş və əhatəli məqsəd durur. İnstitutda buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri və davamlı əkinçilik və bitki diversifikasiyası proqramları çərçivəsində bərk və yumşaq buğdaların, arpanın, qarğıdalının, noxudun, mərciməyin, yonca və xaşanın seleksiya və toxumçuluğu, fitopatologiyası, entomologiyası, genetikası, fiziologiyası, biokimyası, biotexnologiyası və becərmə texnologiyası ilə bağlı tədqiqatlar aparılır. Faiq Xudayev daha sonra qarşıda duran vəzifələr çərçivəsində aktual məsələlərə də toxunub.

Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin əsas fəaliyyətini diqqətə çatdıran direktor müavini Əhliman Verdiyev meliorasiya və su təsərrüfatı sahəsində mövcud olan problemlərin həlli istiqamətində elmi-tədqiqat işlərinin yerinə yetirilməsindən, müvafiq meliorativ və hidrotexniki tədbirlərin işlənib hazırlanmasından və istehsalata tətbiqindən bəhs edib. O, elmi-tədqiqatların əsas istiqamətlərinin respublikanın arid zonaları üçün torpaq qruntlarının su-duz rejiminin tənzimlənməsi üsullarının və vasitələrinin işlənib hazırlanması, torpaq və su ehtiyatlarının səmərəli istifadəsini təmin edən yeni meliorativ qurğuların yaradılması, torpaq qruntların su-duz rejiminin səmərəli idarə olunması, suvarma texnikasının təkmilləşdirilməsi və sudan istifadənin normalaşdırılması və s. məsələlərə aydınlıq gətirib.

Sonra tərəflər əməkdaşlıq çərçivəsində müvafiq aktual məsələlər üzrə müzakirələr aparıblar. Görüşdə işçi qrupu yaradılıb, Yasin Kərimov və Mirzə Qurbanov qrup rəhbərləri təyin təyin ediliblər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 İyun 2022, 17:09 (GMT +4)
Rusiya Futbol İttifaqının prezidenti dəyişib

27 İyun 2022, 17:02 (GMT +4)
G7 ölkələrinin liderləri Ukraynaya dəstək haqqında birgə bəyanat qəbul ediblər

27 İyun 2022, 16:54 (GMT +4)
DİN: Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib

27 İyun 2022, 16:45 (GMT +4)
Rusiya Kanadanın 43 vətəndaşına qarşı sanksiya tətbiq edib

27 İyun 2022, 16:39 (GMT +4)
Boksçularımız beynəlxalq turnirdən 7 medalla qayıdır

27 İyun 2022, 16:35 (GMT +4)
“Yaxın Şərq NATO-su"nun məqsədi sabitliyi pozmaq və silah satmaqdır – İran

27 İyun 2022, 16:32 (GMT +4)
ZDF: Şolts Putinin iştirakına görə G20 sammitininin işini dayandırmamağa çağırıb

27 İyun 2022, 16:25 (GMT +4)
DYP yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib

27 İyun 2022, 16:16 (GMT +4)
Kreml: Rusiyada təhlükəsizlik tədbirləri maksimal şəkildə gücləndirilib

27 İyun 2022, 16:07 (GMT +4)
FHN: Ötən sutka 51 yanğına çıxış olub, 8 nəfər xilas edilib - VİDEO

27 İyun 2022, 16:04 (GMT +4)
“Çelsi” Petr Çexlə vidalaşıb

27 İyun 2022, 15:47 (GMT +4)
Beynəlxalq Əfv Təşkilatı Talibanın həzarələrin yaşadığı rayona hücumu barədə xəbərdarlıq edib

27 İyun 2022, 15:44 (GMT +4)
DİN: Zaqatalada icarəyə götürdüyü torpaq sahəsində narkotik yetişdirən şəxs saxlanılıb

27 İyun 2022, 15:34 (GMT +4)
Ərdoğan administrasiyası: Türkiyə Ukraynadakı münaqişənin uzadılmasının tərəfdarı olmayacaq

27 İyun 2022, 15:24 (GMT +4)
Kasım-Jomart Tokayev avqustda Azərbaycana gələcək

27 İyun 2022, 15:12 (GMT +4)
Bakıda İslam Əməkdaşlıq Təşkilatının turizm nazirlərinin iclası keçirilir

27 İyun 2022, 15:02 (GMT +4)
CNN: ABŞ Ukraynanı orta və uzun mənzilli raketdən müdafiə sistemləri ilə təmin edəcək

27 İyun 2022, 15:00 (GMT +4)
UEFA “Qarabağ” – “Lex” matçının hakimlərini açıqlayıb

27 İyun 2022, 14:51 (GMT +4)
Bakıda metro yaxınlığında velosipedləri oğurlayan şəxslər tutulub - VİDEO

27 İyun 2022, 14:40 (GMT +4)
Yeddi hərbçinin edam edilməsindən sonra Sudan-Efiopiya sərhədində vəziyyət gərginləşib

27 İyun 2022, 14:27 (GMT +4)
Conson: Ölkənin cənub-şərqində Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti “çox çətin”dir

27 İyun 2022, 14:16 (GMT +4)
İlham Əliyev: Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir

27 İyun 2022, 14:05 (GMT +4)
Gürcüstan Rusiya ilə sərhəddəki gömrük məntəqəsini müvəqqəti bağlayıb

27 İyun 2022, 13:55 (GMT +4)
Prezident: İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb

27 İyun 2022, 13:43 (GMT +4)
Die Welt: Putin Qərb üçün yeni “xammal tələsi” hazırlayır

27 İyun 2022, 13:33 (GMT +4)
Netanyahu İsraildə yenidən baş nazir olmaq yolunda ciddi maneələrlə üzləşib

27 İyun 2022, 13:30 (GMT +4)
DİN: Bakı sakininə hədə-qorxu gələn şəxs saxlanılıb

27 İyun 2022, 13:23 (GMT +4)
İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”

27 İyun 2022, 13:13 (GMT +4)
Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib

27 İyun 2022, 13:01 (GMT +4)
Azərbaycanda sahibkarların 99,6 %-ni KOB-lar təşkil edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66