Azərbaycan yanvarda gündəlik 580,9 min barrel xam neft hasil edib16 Fevral 2022, 12:10 (GMT +4) Bakı, 16 fevral, SalamNews. Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barrel olub.
SalamNews-un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunun 580,9 min barrelini xam neft, 119,6 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 23-cü iclasında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olması nəzərdə tutulurdu.
|