Somali paytaxtında partlayış törədilib, ölən və yaralananlar var16 Fevral 2022, 12:28 (GMT +4) Bakı, 16 fevral, SalamNews, B.Samid. Somali paytaxtı Moqadişoda nəzarət postlarına hücum edilib. Partlayışlar nəticəsində ölənlər var.
SalamNews Reuters-ə istinadla xəbər verir ki, bu gün Moqadişoda nəzarət postlarında partlayışlar törətməklə hücum edilib.
Həmçinin Somalinin yerli mediası paytaxt Moqadişoda təhlükəsizlik postları və nəzarət-buraxılış məntəqələrini hədəf alan hücum və partlayışlar nəticəsində iki qadının öldüyünü, 3-ü əsgər də daxil olmaqla ən azı 16 nəfərin yaralandığını bildirib.
Somalinin daxili təhlükəsizlik naziri Abdullah Nur daha əvvəl elan etmişdi ki, çərşənbə günü sübh erkən saatlarda “Əş-Şəbab” hərəkatının silahlıları paytaxtda polis məntəqələrinə və təhlükəsizlik keçid məntəqələrinə hücum ediblər.
“Terrorçular səhər saat 01:00-da Moqadişonun ətrafına hücum edərək, bizim polis məntəqələrimizi və nəzarət-buraxılış məntəqələrimizi hədəfə alıblar”, - deyə nazir öz Twitter hesabında yazıb.
|