Gələn ay Bakıda ənənəvi "Best of İndia" sərgisi keçiriləcək17 Fevral 2022, 14:50 (GMT +4) Bakı, 17 fevral, SalamNews. Gələn ay Bakıda - Əl Oyunları Sarayında Hindistan istehsalı olan məhsulların müşayişi məqsədi ilə "Best of İndia" sərgisi keçiriləcək.
Bunu SalamNews-a açıqlamasında Hindistanın Azərbaycandakı səfirliyinin I katibi Vinay Kumar bildirib.
Onun sözlərinə görə, sərgidə iştirak etmək üçün ölkəsinin 50-60 şirkətinin nümayəndəsi Azərbaycana səfər edəcək.
Xatırladaq ki, 2021-ci ildə Hindistanla Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 739,1 milyon ABŞ dolları təşkil edib.
|