Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Mənzil İnşaatı Dövlət Agentliyi Yasamalda yeni mənzilləri satışa çıxarıb

18 Fevral 2022, 10:56 (GMT +4)

Bakı, 18 fevral, SalamNews. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksi layihəsinin 2-ci mərhələsi üzrə mənzilləri satışa çıxarıb.

SalamNews MİDA-ya istinadən xəbər verir ki, söhbət 4 saylı bina üzrə 64, 6 saylı bina üzrə 44, 18 saylı bina üzrə 44, 21 saylı bina üzrə 44, 22 saylı bina üzrə 39, 23 saylı bina üzrə 39, 24 saylı bina üzrə 24, 25 saylı bina üzrə 72 və 26 saylı bina üzrə 72 mənzildən (ümumilikdə 442 mənzil) gedir.

Satış 30 mart saat 11:00-da başlayacaq, 8 aprel saat 11:00-a qədər davam edəcək. “Mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında seçim 4 aprel 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 8 aprel 2022-ci il tarixi saat 11:00-a qədər davam edəcək.

Prezidentin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib, inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 29.11.2018-ci il tarixli 26 396, 07.12.2018-ci il tarixli 26 436 nömrəli müsbət rəyləri mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 İyun 2022, 15:15 (GMT +4)
“Yüksəliş” müsabiqəsi yarımfinal və final öncəsi təlimlərə başlayıb

30 İyun 2022, 15:05 (GMT +4)
Hindistanın Assam ştatında daşqın qurbanlarının sayı 151 nəfərə çatıb

30 İyun 2022, 14:55 (GMT +4)
Misir Prezidentinin Azərbaycana səfəri planlaşdırılır 

30 İyun 2022, 14:44 (GMT +4)
Əfqanıstanda Talibana qarşı “Cənubi-Türküstan” adlı partizan qrupu varlığını elan edib

30 İyun 2022, 14:42 (GMT +4)
Rusiya Müdafiə Nazirliyi xoşməramlı addım olaraq qarnizonu İlan adasından geri çəkib

30 İyun 2022, 14:34 (GMT +4)
Araz çayının su və enerji ehtiyatlarından istifadə ilə bağlı İran və Azərbaycan arasında sənəd imzalanıb

30 İyun 2022, 14:25 (GMT +4)
Azərbaycan və İran Xudafərin körpüsünün bərpasını müzakirə edib

30 İyun 2022, 14:14 (GMT +4)
DİN: Ağdam sakinində narkotik maddə aşkarlanıb

30 İyun 2022, 14:05 (GMT +4)
El Pais: Ukraynadakı hadisələr Aİ-nin NATO-dan asılılığının artmasına səbəb olub

30 İyun 2022, 13:54 (GMT +4)
Azərbaycanda taxıl sahələrinin 49 %-də biçin başa çatıb

30 İyun 2022, 13:44 (GMT +4)
Səudiyyənin Yəmənlə sərhəddə yerləşən strateji hava limanı partlayışlara görə fəaliyyətini dayandırıb

30 İyun 2022, 13:34 (GMT +4)
“Yuventus” Paulo Dibala ilə yollarını ayırıb

30 İyun 2022, 13:33 (GMT +4)
Dövlət başçısı: “Azərbaycan “Bandunq prinsipləri”ni baza prinsipləri kimi götürür”

30 İyun 2022, 13:23 (GMT +4)
CNN: Nyu York məhkəməsi Donald Trampa məhkəməyə hörmətsizliklə bağlı bəraət verib

30 İyun 2022, 13:12 (GMT +4)
Azərbaycan Prezidenti Pakistan Senatının sədrini qəbul edib

30 İyun 2022, 13:05 (GMT +4)
"Real"dan ayrılan futbolçu "Qalatasaray"a keçə bilər

30 İyun 2022, 13:02 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

30 İyun 2022, 12:55 (GMT +4)
DİN: Yevlaxda narkotacir polisə xəsarət yetirib

30 İyun 2022, 12:45 (GMT +4)
Gürcü mütəxəssis Kipr millisinin baş məşqçisi təyin edilib

30 İyun 2022, 12:44 (GMT +4)
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib

30 İyun 2022, 12:33 (GMT +4)
ABŞ və Taliban Dohada Əfqanıstanın dondurulmuş pulları ilə bağlı danışıqlara başlayıblar

30 İyun 2022, 12:27 (GMT +4)
UEFA Region Kubokunda ilkin seçmə mərhələnin oyunları başa çatıb

30 İyun 2022, 12:25 (GMT +4)
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Bəyannaməsi qəbul edilib

30 İyun 2022, 12:15 (GMT +4)
Zelenski Donbassdakı Ukrayna qoşunları üçün vəziyyəti çətin adlandırıb

30 İyun 2022, 12:09 (GMT +4)
“Qəbələ” yeni mövsüm üçün formalarını təqdim edib - (FOTOLAR)

30 İyun 2022, 12:03 (GMT +4)
Baş Prokurorluq: Müdafiə Nazirliyinin əsgəri bədbəxt hadisə nəticəsində ölüb

30 İyun 2022, 11:54 (GMT +4)
Putin NATO bazalarının Finlandiya və İsveçdə yerləşdirilməsinə güzgülü cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib

30 İyun 2022, 11:44 (GMT +4)
İsraildə Knesset seçkilərinin vaxtı açıqlanıb

30 İyun 2022, 11:43 (GMT +4)
"Neftçi" Türkiyə klubu ilə yoxlama oyunu keçirəcək

30 İyun 2022, 11:40 (GMT +4)
İlham Əliyev: Minsk qrupu ilə bağlı spekulyasiyalar sülh üçün dağıdıcı təsirə malikdir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66