Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Ağdamda içməli su təchizatı sahəsində ağıllı texnologiyalar tətbiq ediləcək

26 Fevral 2022, 11:50 (GMT +4)

Bakı, 26 fevral, SalamNews. İşğaldan azad olunmuş Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun iclası keçirilib.

SalamNews xəbər verir ki, bu barədə işğaldan azad edimiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı məlumat yayıb.

Bildirilir ki, Ağdam şəhərində baş tutan iclasda “Azərsu” ASC-nin və işçi qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları və mütəxəssislər iştirak edib.
İclasda Ağdam rayonunda içməli su təchizatının bərpası məqsədilə görülmüş təxirəsalınmaz işlər barədə məlumat verilib. Ağdam rayonu işğaldan azad olunduqdan sonra məskunlaşma olan obyektlərin içməli su ilə təmin olunması məqsədilə təxirəsalınmaz işlər həyata keçirilib.

Ağdam rayonu ərazisində Monitorinq Mərkəzinin tikintisi layihəsi çərçivəsində içməli və tullantı su xətləri çəkilib, su anbarı, nasos stansiyası, infiltriasiya və septik qurğular inşa edilib. Ağdam rayonunun Xıdırlı kəndində yeni subartezian quyusunun qazılmasına başlanıb. Quyu ərazisindən magistral və paylayıcı su xətləri inşa olunub.

Ağdam şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması ilə bağlı perspektiv layihələr, bu sahədə innovativ texnologiyaların tətbiqi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri ilə bağlı təqdimat keçirilib. Qeyd olunub ki, Ağdam şəhərinin içməli su layihəsi hazırlanarkən əhalinin içməli suya tələbatı, sənaye və turizm imkanları nəzərə alınacaq. Ağdam şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə kompleks tədqiqat işləri aparılacaq. İlkin mərhələdə yeraltı mənbələr hesabına şəhərə suyun verilməsi üçün 2 kəşfiyyat quyusu qazılıb və tədqiqat işləri davam etdirilir.

İclasda Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə edilməsi şəbəkələrinin yaradılması, bu sahədə ağıllı və innovativ texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparılıb.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

12 Avqust 2022, 22:01 (GMT +4)
Salman Rüşdiyə sui-qəsd olub (VİDEO)

12 Avqust 2022, 18:00 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyi buğda istehsalçılarına müraciət edib

12 Avqust 2022, 17:50 (GMT +4)
Yaponiyanın Baş naziri Əli Əsədova məktub göndərib

12 Avqust 2022, 17:45 (GMT +4)
Prezident İlham Əliyev “Qisas” əməliyyatından danışıb: Cəza tədbiri idi

12 Avqust 2022, 17:40 (GMT +4)
Çindən gətirilən pestisidin istifadəsinə icazə verilməyib

12 Avqust 2022, 17:30 (GMT +4)
Azərbaycanda əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı açıqlanıb

12 Avqust 2022, 17:24 (GMT +4)
“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak edib

12 Avqust 2022, 17:23 (GMT +4)
Avropa Rusiya və Türkiyədən paslanmayan poladda 5 il müddətinə gömrük rüsumları tətbiq etmək qərarına gəlib

12 Avqust 2022, 17:12 (GMT +4)
"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"na yeni üzvlər qəbul edilib

12 Avqust 2022, 17:00 (GMT +4)
Azərbaycanda təbii qaza görə ödənişlər 17 %-dən çox artıb

12 Avqust 2022, 17:00 (GMT +4)
Finlandiya prezidenti: Ukraynada baş verən hadisələr Avropa İttifaqının birliyinə təhlükə yaradır

12 Avqust 2022, 16:50 (GMT +4)
Onlayn yolla narkotik alan şəxs tutulub

12 Avqust 2022, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 520 nəfər koronavirusa yoluxub

12 Avqust 2022, 16:38 (GMT +4)
Medvedyev: Kiyev hakimiyyəti «yeni Çernobıl» yaratmağa hazırlaşır

12 Avqust 2022, 16:33 (GMT +4)
Bu ilin 6 ayında qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

12 Avqust 2022, 16:23 (GMT +4)
İran kriptovalyutalardan qanuni istifadə hallarını açıqlayıb

12 Avqust 2022, 16:12 (GMT +4)
Prezident Dövlət Agentliyinə 3,2 milyon manat ayırıb

12 Avqust 2022, 16:00 (GMT +4)
Prezident: Son illərdə Ağsu və İsmayıllıda böyük infrastruktur layihələri icra edilib

12 Avqust 2022, 15:48 (GMT +4)
Prezident İlham Əliyev “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub

12 Avqust 2022, 15:41 (GMT +4)
Avropa Parlamenti Estoniyanın rusiyalılara viza verilməsinə qadağa qoymasını demensiyanın əlaməti adlandırıb

12 Avqust 2022, 15:40 (GMT +4)
Turan Əliyev ağır atletika üzrə Avropa birinciliyində 3 medal qazanıb

12 Avqust 2022, 15:36 (GMT +4)
Putin Təhlükəsizlik Şurasının üzvləri ilə hərbi təhlükəsizlik məsələlərini müzakirə edib

12 Avqust 2022, 15:24 (GMT +4)
Bu il Azərbaycanda 17,1 milyon tibbi maska istehsal edilib

12 Avqust 2022, 15:12 (GMT +4)
Talibanın yüksək rütbəli üzvünün qətlinə görə məsuliyyət daşıyan şəxslər müəyyənləşib

12 Avqust 2022, 15:05 (GMT +4)
FİFA DÇ-2022-nin başlama vaxtında dəyişiklik edib

12 Avqust 2022, 15:00 (GMT +4)
Energetika naziri Göyçayda vətəndaşları qəbul edəcək

12 Avqust 2022, 14:48 (GMT +4)
Bakının Əliəşrəf Əlizadə küçəsi təmir edilir

12 Avqust 2022, 14:36 (GMT +4)
Çin XİN Pelosiyə Əfqanıstan, İraq və Suriyaya səfər etməyi təklif edib

12 Avqust 2022, 14:25 (GMT +4)
Konfrans Liqası: Pley-offun bütün cütləri məlumdur

12 Avqust 2022, 14:24 (GMT +4)
Qəbələdə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66