Avropada qazın qiyməti 1700 dolları ötüb02 Mart 2022, 12:59 (GMT +4) Bakı, 2 mart, SalamNews, B.Samid. Çərşənbə günü Avropada qaz fyuçers müqavilələrinin dəyəri dekabrın 23-dən bəri ilk dəfə olaraq 20%-dən çox artaraq 1,000 kubmetr üçün 1,700 dollar olub.
SalamNews Rusiya mətbuatına istinadla xəbər verir ki, qaz fyuçers müqavilələrinin dəyəri London birjasında 20%-dən çox artaraq 1000 kubmetr üçün 1700 dolları ötüb.
Maksimal qiymət Moskva vaxtı ilə saatda 10,52-də qeydə alınıb və 1000 kubmetr üçün 1,710 dollara çatıb.
Avropada qaz qiymətləri son günlərdə artmaqdadır. Xüsusilə də bu, Rusiya prezidenti Vladimir Putinin fevralın 21-də “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqliyyini tanınması haqqında fərmanlar imzalamasından və fevralın 24-də Rusiyanın Ukraynada hərbi əməliyyatından sonra baş verib.
|