Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOBİA: Qadın sahibkarların iqtisadiyyatda rolu artır

08 Mart 2022, 10:50 (GMT +4)

Bakı, 8 mart, SalamNews. Bu ilin 1 yanvar tarixinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 21,4 %-ni qadınlar təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) SalamNews-a verilən məlumata görə, sahibkar qadınların 30,5 %-i Bakıda, 10,1 %-i Lənkəran-Astara, 8,8 %-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Qadın sahibkarların əsas hissəsi xidmət (52,4 %), kənd təsərrüfatı (24 %) və digər sahələrdə fəaliyyət göstərirlər.

Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştirak, “kobmarket.az” ticarət portalı, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və s. dəstək və xidmətlərindən yararlanırlar. İndiyədək 5 qadın sahibkara qrant, 4 qadın sahibkara “Startap” şəhadətnaməsi verilib.

2021-ci ildə və cari ilin yanvar-fevral aylarında 30-a yaxın qadın sahibkarın ölkəmizdə və xaricdə keçirilmiş sərgilərdə iştirakı dəstəklənib. Ötən il Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən təşkil olunmuş təlim və məsləhət xidmətlərindən 9 minə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadınlar faydalanıb. KOBİA-nın əlaqələndiricisi olduğu beynəlxalq ixtisasartırma proqramından faydalanmış sahibkar və menecerlərin 21 %-ni qadınlar təşkil edir.

Qadın sahibkarlığının dəstəklənməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin araşdırılması, qadınların biznes fəaliyyətinə təşviqi və özünüməşğulluğunun təmin edilməsinə dəstək məqsədilə KOBİA bir sıra yerli və xarici təşkilatlarla da əməkdaşlıq edir. Agentlik yanında İctimai Şurada Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası fəal şəkildə təmsil olunur.

İşğaldan azad olunmuş ərazilərimizdə biznes qurmaq istəyən, eləcə də iş və xidmətlərini təklif edən sahibkarlardan indiyədək KOBİA-ya 1 000-dən çox müraciət daxil olub ki, bunun 50-yə yaxını qadın sahibkarlara məxsusdur.

Ölkəmizin dayanıqlı inkişafında qadın sahibkarlığının rolunun, KOB subyektləri arasında qadınların sayının daha da artması üçün potensial böyükdür. Qadın sahibkarlar Azərbaycanın əlverişli biznes mühitindən, sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlardan və dövlət dəstəyi mexanizmlərindən faydalanmaqla iqtisadiyyatımıza, məşğulluğun təmin olunmasına daha çox töhfə verə bilərlər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

12 Avqust 2022, 22:01 (GMT +4)
Salman Rüşdiyə sui-qəsd olub (VİDEO)

12 Avqust 2022, 18:00 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyi buğda istehsalçılarına müraciət edib

12 Avqust 2022, 17:50 (GMT +4)
Yaponiyanın Baş naziri Əli Əsədova məktub göndərib

12 Avqust 2022, 17:45 (GMT +4)
Prezident İlham Əliyev “Qisas” əməliyyatından danışıb: Cəza tədbiri idi

12 Avqust 2022, 17:40 (GMT +4)
Çindən gətirilən pestisidin istifadəsinə icazə verilməyib

12 Avqust 2022, 17:30 (GMT +4)
Azərbaycanda əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı açıqlanıb

12 Avqust 2022, 17:24 (GMT +4)
“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak edib

12 Avqust 2022, 17:23 (GMT +4)
Avropa Rusiya və Türkiyədən paslanmayan poladda 5 il müddətinə gömrük rüsumları tətbiq etmək qərarına gəlib

12 Avqust 2022, 17:12 (GMT +4)
"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"na yeni üzvlər qəbul edilib

12 Avqust 2022, 17:00 (GMT +4)
Azərbaycanda təbii qaza görə ödənişlər 17 %-dən çox artıb

12 Avqust 2022, 17:00 (GMT +4)
Finlandiya prezidenti: Ukraynada baş verən hadisələr Avropa İttifaqının birliyinə təhlükə yaradır

12 Avqust 2022, 16:50 (GMT +4)
Onlayn yolla narkotik alan şəxs tutulub

12 Avqust 2022, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 520 nəfər koronavirusa yoluxub

12 Avqust 2022, 16:38 (GMT +4)
Medvedyev: Kiyev hakimiyyəti «yeni Çernobıl» yaratmağa hazırlaşır

12 Avqust 2022, 16:33 (GMT +4)
Bu ilin 6 ayında qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

12 Avqust 2022, 16:23 (GMT +4)
İran kriptovalyutalardan qanuni istifadə hallarını açıqlayıb

12 Avqust 2022, 16:12 (GMT +4)
Prezident Dövlət Agentliyinə 3,2 milyon manat ayırıb

12 Avqust 2022, 16:00 (GMT +4)
Prezident: Son illərdə Ağsu və İsmayıllıda böyük infrastruktur layihələri icra edilib

12 Avqust 2022, 15:48 (GMT +4)
Prezident İlham Əliyev “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub

12 Avqust 2022, 15:41 (GMT +4)
Avropa Parlamenti Estoniyanın rusiyalılara viza verilməsinə qadağa qoymasını demensiyanın əlaməti adlandırıb

12 Avqust 2022, 15:40 (GMT +4)
Turan Əliyev ağır atletika üzrə Avropa birinciliyində 3 medal qazanıb

12 Avqust 2022, 15:36 (GMT +4)
Putin Təhlükəsizlik Şurasının üzvləri ilə hərbi təhlükəsizlik məsələlərini müzakirə edib

12 Avqust 2022, 15:24 (GMT +4)
Bu il Azərbaycanda 17,1 milyon tibbi maska istehsal edilib

12 Avqust 2022, 15:12 (GMT +4)
Talibanın yüksək rütbəli üzvünün qətlinə görə məsuliyyət daşıyan şəxslər müəyyənləşib

12 Avqust 2022, 15:05 (GMT +4)
FİFA DÇ-2022-nin başlama vaxtında dəyişiklik edib

12 Avqust 2022, 15:00 (GMT +4)
Energetika naziri Göyçayda vətəndaşları qəbul edəcək

12 Avqust 2022, 14:48 (GMT +4)
Bakının Əliəşrəf Əlizadə küçəsi təmir edilir

12 Avqust 2022, 14:36 (GMT +4)
Çin XİN Pelosiyə Əfqanıstan, İraq və Suriyaya səfər etməyi təklif edib

12 Avqust 2022, 14:25 (GMT +4)
Konfrans Liqası: Pley-offun bütün cütləri məlumdur

12 Avqust 2022, 14:24 (GMT +4)
Qəbələdə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66