Bu il Bakıda 85 yeni piyada keçidi təşkil edilib09 Mart 2022, 12:00 (GMT +4) Bakı, 9 mart, SalamNews. Bu ilin yanvar-fevral aylarında Bakıdakı küçə və prospektlərdə 85 yeni eynisəviyyəli piyada keçidi təşkil edilib və 406 piyada keçidinin boyaları yenilənib.
Bu barədə SalamNews-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, bunlardan 6-da “sarı döyünən işıq” tətbiq edilib. 11 məntəqədə isə mövcud svetoforlara piyada seksiyaları quraşdılıb. 1 200-ə yaxın yol nişanı quraşdırılıb. 27 məntəqədə ümumilikdə 270-dən artıq avtomobil üçün parklanma yerləri yaradılıb. Vətəndaş müraciətləri və təhlillər əsasında zəruri olan 51 ünvanda avtobus dayanacaq məntəqəsi təşkil edilib.
|