Mikayıl Cabbarov Qazaxıstan şirkətinin rəhbəri ilə görüşüb10 Mart 2022, 11:00 (GMT +4) Bakı, 10 mart, SalamNews. İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın “Samruk-Kazyna” SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev və həmkarları ilə görüşüb.
SalamNews xəbər verir ki, bu barədə nazir məlumat verib.
"Görüşdə ikitərəfli əməkdaşlıq perspektivlərini və iqtisadi əlaqələrimizin genişləndirilməsini müzakirə etdik", - deyə o qeyd edib.
|