Azərbaycanda pensiyalar martın 15-də tam ödəniləcək12 Mart 2022, 15:40 (GMT +4) Bakı, 12 mart, SalamNews. Ölkə üzrə pensiyaların martın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə SalamNews-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Xatırladaq ki, 2022-ci ilin 1 yanvar tarixindən etibarən qulluq stajına görə tətbiq olunan pensiya artımının yanvar, fevral ayları üçün olan artımı mart ayının pensiyası ilə birgə ödəniləcək.
|