DİN: Suqovuşanda silah-sursat aşkarlanıb28 Mart 2022, 12:36 (GMT +4) Bakı, 28 mart, SalamNews. Tərtərdə silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan SalamNews-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Suqovuşan qəsəbəsindən silah-sursat aşkar edilib.
Tapılan 1 avtomat, 2 daraq və 46 ədəd patron aidiyyəti üzrə təhvil verilib.
|