DİN: Bakıda onlayn yolla narkotik maddələr satan şəxs saxlanılıb07 Aprel 2022, 15:35 (GMT +4) Bakı, 7 aprel, SalamNews. Paytaxtın Nizami rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Tural Kərimov tutulub.
Bu şəxsdən 500 qrama yaxın narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkar olunub.
Tural Kərimov ifadəsində narkotikləri əsasən onlayn yolla satdığını bildirib.
Saxlanılan şəxs barəsində 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.Məhkəmənin qərarı ilə Tural Kərimov barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
|