Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Baş Prokurorluq Masallıda gənc qızın qətlinin təfərrüatlarını açıqlayıb

13 Aprel 2022, 15:55 (GMT +4)

Bakı, 13 aprel, SalamNews. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılmışdır.

Baş Prokurorluqdan SalamNews-a verilən məlumata görə, belə ki, 05 iyul 2015-ci il tarixdə Masallı rayon sakini Səidə Cəfərovanın evdən çıxaraq bir daha geri qayıtmaması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, Səidə Cəfərovanın tapılması mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır.

Lakin sonradan Səidə Cəfərovanın öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün, 08 fevral 2022-ci il tarixdə iş üzrə icraatın dayandırılması haqqında qərar rayon prokurorluğu tərəfindən ləğv edilməklə iş üzrə icraat təzələnmişdir.

Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu, Təklə kənd sakini Əfrail Məmmədov qeyd edilən tarixdə əmisi qızı Səidə Cəfərovanı idarə etdiyi avtomobil ilə Təklə kənd ərazisində yerləşən əkin sahəsinə apararaq orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Səidə Cəfərovanın boğaz nahiyəsinə bir dəfə qəsdən vurmaqla onu öldürüb sonuncunun meyitini çayın kənarındakı qamışlıq ərazidə gizlətmiş, təxminən 25-30 gün sonra meyiti gizlətdiyi yerə gedərək sümüklərin göründüyünü görüb cinayətini gizlətmək məqsədi ilə balta vasitəsi ilə meyitin baş hissəsini ayıraraq torpaq sahəsinə basdırmış, digər sümükləri isə təxminən 500-600 metr kənarda tullantılar olan ərazidə üzərinə benzin tökməklə tam yandırmışdır.

Əfrail Məmmədov iş üzrə dindirilərkən törətdiyi əməli etiraf etmiş, ifadəsində qeyd etdiyi meyitin basdırıldığı yerə baxış keçirilmiş, aşkar edilmiş insan sümük fraqmetlərinə bənzər qalıqlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Əfrail Məmmədova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

12 Avqust 2022, 22:01 (GMT +4)
Salman Rüşdiyə sui-qəsd olub (VİDEO)

12 Avqust 2022, 18:00 (GMT +4)
Kənd Təsərrüfatı Nazirliyi buğda istehsalçılarına müraciət edib

12 Avqust 2022, 17:50 (GMT +4)
Yaponiyanın Baş naziri Əli Əsədova məktub göndərib

12 Avqust 2022, 17:45 (GMT +4)
Prezident İlham Əliyev “Qisas” əməliyyatından danışıb: Cəza tədbiri idi

12 Avqust 2022, 17:40 (GMT +4)
Çindən gətirilən pestisidin istifadəsinə icazə verilməyib

12 Avqust 2022, 17:30 (GMT +4)
Azərbaycanda əcnəbilər tərəfindən törədilən cinayətlərin sayı açıqlanıb

12 Avqust 2022, 17:24 (GMT +4)
“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak edib

12 Avqust 2022, 17:23 (GMT +4)
Avropa Rusiya və Türkiyədən paslanmayan poladda 5 il müddətinə gömrük rüsumları tətbiq etmək qərarına gəlib

12 Avqust 2022, 17:12 (GMT +4)
"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası"na yeni üzvlər qəbul edilib

12 Avqust 2022, 17:00 (GMT +4)
Azərbaycanda təbii qaza görə ödənişlər 17 %-dən çox artıb

12 Avqust 2022, 17:00 (GMT +4)
Finlandiya prezidenti: Ukraynada baş verən hadisələr Avropa İttifaqının birliyinə təhlükə yaradır

12 Avqust 2022, 16:50 (GMT +4)
Onlayn yolla narkotik alan şəxs tutulub

12 Avqust 2022, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 520 nəfər koronavirusa yoluxub

12 Avqust 2022, 16:38 (GMT +4)
Medvedyev: Kiyev hakimiyyəti «yeni Çernobıl» yaratmağa hazırlaşır

12 Avqust 2022, 16:33 (GMT +4)
Bu ilin 6 ayında qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

12 Avqust 2022, 16:23 (GMT +4)
İran kriptovalyutalardan qanuni istifadə hallarını açıqlayıb

12 Avqust 2022, 16:12 (GMT +4)
Prezident Dövlət Agentliyinə 3,2 milyon manat ayırıb

12 Avqust 2022, 16:00 (GMT +4)
Prezident: Son illərdə Ağsu və İsmayıllıda böyük infrastruktur layihələri icra edilib

12 Avqust 2022, 15:48 (GMT +4)
Prezident İlham Əliyev “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olub

12 Avqust 2022, 15:41 (GMT +4)
Avropa Parlamenti Estoniyanın rusiyalılara viza verilməsinə qadağa qoymasını demensiyanın əlaməti adlandırıb

12 Avqust 2022, 15:40 (GMT +4)
Turan Əliyev ağır atletika üzrə Avropa birinciliyində 3 medal qazanıb

12 Avqust 2022, 15:36 (GMT +4)
Putin Təhlükəsizlik Şurasının üzvləri ilə hərbi təhlükəsizlik məsələlərini müzakirə edib

12 Avqust 2022, 15:24 (GMT +4)
Bu il Azərbaycanda 17,1 milyon tibbi maska istehsal edilib

12 Avqust 2022, 15:12 (GMT +4)
Talibanın yüksək rütbəli üzvünün qətlinə görə məsuliyyət daşıyan şəxslər müəyyənləşib

12 Avqust 2022, 15:05 (GMT +4)
FİFA DÇ-2022-nin başlama vaxtında dəyişiklik edib

12 Avqust 2022, 15:00 (GMT +4)
Energetika naziri Göyçayda vətəndaşları qəbul edəcək

12 Avqust 2022, 14:48 (GMT +4)
Bakının Əliəşrəf Əlizadə küçəsi təmir edilir

12 Avqust 2022, 14:36 (GMT +4)
Çin XİN Pelosiyə Əfqanıstan, İraq və Suriyaya səfər etməyi təklif edib

12 Avqust 2022, 14:25 (GMT +4)
Konfrans Liqası: Pley-offun bütün cütləri məlumdur

12 Avqust 2022, 14:24 (GMT +4)
Qəbələdə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66