Zelenski: Buçadakı hadisələr Rusiya ilə sülh danışıqları imkanını daraldıb15 Aprel 2022, 11:24 (GMT +4) Bakı, 15 aprel, SalamNews. Buça hadisələri Rusiya-Ukrayna ziddiyyətlərinin sülh yolu ilə həlli imkanlarını ciddi şəkildə azaldır.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Buça sülh danışıqlarının aparılması imkanlarını azaltmağa səbəb olur. Onların bizimlə danışıqlar aparmağa çox şansı olmayacaq", - Zelenski "BBC"yə müsahibəsində bildirib.
Zelenski həmçinin Qərb ölkələrini Ukraynaya hərbi dəstəyi daha da artırmağa və mümkün qədər tez Kiyevi lazımi silahlarla təchiz etməyə çağırıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin “ən güclü birləşmələri” ölkənin şərqində genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır.
|