FHN: 60 yanğına çıxış olub, 9 nəfər xilas edilib16 Aprel 2022, 11:20 (GMT +4) Bakı, 16 aprel, SalamNews. Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən SalamNews-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 60 yanğına çıxış və 6 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Həmçinin, Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində batan 1989-cu il təvəllüdlü Müzəffərov Sənan Abdul oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 30 km aralıda tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
|