Çernitsın: Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin mərkəzi halqasına çevrilə bilər20 Aprel 2022, 16:54 (GMT +4) Bakı, 20 aprel, SalamNews. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin mərkəzi halqasına çevrilə bilər. SalamNews xəbər verir ki, bunu Rusiya hökumətinin sədr müavini katibliyinin rəhbər müavini Fyodr Çernitsın Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən "Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ölkələri ilə iqtisadi əməkdaşlığın inkişaf potensialı" adlı tədbirdə deyib. Çernitsının sözlərinə görə, Moskva və Bakı ticarət tərəfdaşları olduğundan Avrasiya inteqrasiya prosesi Azərbaycan üçün də vacib əhəmiyyət kəsb edir. “Avrasiya İqtisadi İttifaqı ölkələri, Rusiya və qonşu dövlətlər sıx əməkdaşlıq qurublar. Buna baxmayaraq, ittifaq üzvləri ticarət əlaqələrinin coğrafiyasını genişləndirmək, eləcə də bu əlaqələri inkişaf etdirməkdə davam edirlər”, - Çernitsın vurğulayıb.
|