İsmayıllıda zəlzələ qeydə alınıb21 Aprel 2022, 09:10 (GMT +4) Bakı, 21 aprel, SalamNews. Aprelin 20-də yerli vaxtla saat 22:05-də İsmayıllı stansiyasından 27 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SalamNews-a bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda hiss edilməyib.
|