Bərdədə Yuxarı Qarabağ kanalında adam batıb27 Aprel 2022, 17:35 (GMT +4) Bakı, 27 aprel, SalamNews. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində 1998-ci il təvəllüdlü Orucov Elməddin Yusif oğlunun batması barədə məlumat daxil olub.
FHN-dən SalamNews-a bildirilib ki, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
|