Bərdədə 5 otaqlı evdə yanğın olub29 Aprel 2022, 11:10 (GMT +4) Bakı, 29 aprel, SalamNews. Bərdədə ev yanıb.
SalamNews-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Mirzalıbəyli kəndində ümumi sahəsi 156 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 46 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|