Laçında avtomobil aşıb09 May 2022, 12:00 (GMT +4) Bakı, 9 may, SalamNews. Laçında avtomobil aşıb, ölən var.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 6-da saat 17 radələrində rayonun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi “Ural” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.
|