Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Rövşən Nəcəf: “Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyası milli neft strategiyası olub” 

10 May 2022, 17:32 (GMT +4)

Bakı, 10 may, SalamNews. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konfrans təşkil edib.

SalamNews-un SOCAR-a istinadən verdiyi məlumata görə, tədbirdə SOCAR-ın rəhbər heyəti, BANM-in müəllim və tələbə kollektivi iştirak edib.

Konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.

SOCAR-ın prezidenti vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf çıxış edərək həyatını xalqımızın rifahının yüksəldilməsinə həsr edən ümummilli liderin həm Sovet hakimiyyəti, həm də müstəqillik illərində Azərbaycanın hərtərəfli inkişafı naminə misilsiz xidmətlərindən danışıb. Məhz ümummilli lider Heydər Əliyev tərəfindən 1969-1982-ci illərdə Azərbaycanda neft sənayesinin də inkişafı üçün genişmiqyaslı fəaliyyətin həyata keçirildiyini söyləyən R. Nəcəf müstəqillik illərində Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyasının əsas istiqamətlərindən birinin də milli neft strategiyası olduğunu vurğulayıb.

R. Nəcəf bildirib ki, gələcək nəsillərimizin bu təbii sərvətimizdən faydalanmasının təmin olunması Ulu Öndərin neft strategiyasının əsas istiqamətlərindən idi. Bu missiya ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla icra olundu. 2003-cü ildən sonrakı dövrdə milli strategiya dövlətimizin başçısı tərəfindən günün tələblərinə uyğun şəkildə formalaşdırılaraq davam etdirilir.

Daha sonra çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrindən, dünyanın qabaqcıl ölkələri və şirkətləri ilə “Əsrin müqaviləsi”nə dair aparılan danışıqlardan bəhs edərək bildirib ki, həmin müzakirələrin uğurla yekunlaşmasında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin diplomatik məharəti və peşəkarlığı xüsusi rol oynayıb.

O, həmçinin çıxışında Azərbaycan neftçilərinin daim ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarını bildirib. Qeyd edib ki, ümummilli lider Azərbaycanda neft sahəsində peşəkar kadrların formalaşmasını daim diqqət mərkəzində saxlayıb və bu istiqamətdə zəruri addımlar atıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ümummilli Liderin mənalı həyat yolundan, zəngin və çoxşaxəli irsindən danışaraq vurğulayıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə, dövrün ictimai-siyasi qanunauyğunluqlarına müvafiq şəkildə davam etdirilməsi nəticəsində milli tərəqqinin Azərbaycan nümunəsi adlı fenomen yaranıb.

Ümummilli liderimizin ölkəmizdə gənc nəslin vətənpərlik ruhunda formalaşması istiqamətlərindəki xidmətlərindən bəhs edən 700 bal toplayaraq BANM-ə qəbul olmuş, Prezident təqaüdçüsü, 5-ci kurs tələbəsi Mahirə Əsədzadə isə çıxışında müasir gəncliyimizin ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil ölkəmizin daha da qüdrətlənməsi naminə “Dəmir yumruq” ətrafında sıx birləşdiyini diqqətə çatdırıb.

Sonda ulu öndər Heydər Əliyevin neft strategiyası və onun uğurlu nəticələrindən bəhs edən videoçarx nümayiş olunub.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Aprel 2023, 18:00 (GMT +4)
Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb

20 Aprel 2023, 17:45 (GMT +4)
Nazirlik Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydasını açıqlayıb

20 Aprel 2023, 17:30 (GMT +4)
NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə səfərdədir

20 Aprel 2023, 17:15 (GMT +4)
DİN və DSX birgə əməliyyat keçirib: Saxlanılan var

20 Aprel 2023, 17:00 (GMT +4)
Azərbaycan sabahın hava proqnozu açıqlanıb

20 Aprel 2023, 16:40 (GMT +4)
Prezident Neftçalada yol tikintisinə 7 milyon manat ayırıb

20 Aprel 2023, 16:20 (GMT +4)
Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib

20 Aprel 2023, 16:00 (GMT +4)
Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı 40 % artıb

20 Aprel 2023, 15:40 (GMT +4)
Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib

20 Aprel 2023, 15:20 (GMT +4)
DİN: Abşeronda 95 sürücü məsuliyyətə cəlb edilib

20 Aprel 2023, 15:00 (GMT +4)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

20 Aprel 2023, 14:40 (GMT +4)
Ombudsmanın əməkdaşları məhkum uşaqların müraciətlərini dinləyib

20 Aprel 2023, 14:10 (GMT +4)
Bayram günlərində milli parklarda gözlənilən hava açıqlanıb

20 Aprel 2023, 13:50 (GMT +4)
Ötən il məişət tullantılarından 205,3 milyon kVt saat elektrik enerjisi istehsal edilib

20 Aprel 2023, 13:30 (GMT +4)
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

20 Aprel 2023, 13:10 (GMT +4)
Goranboyda 17 min dollar və 7 min manatlıq qızıl oğurlayaraq evi yandıran şəxs tutulub

20 Aprel 2023, 12:50 (GMT +4)
Martın 13-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub

20 Aprel 2023, 12:30 (GMT +4)
Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

20 Aprel 2023, 12:10 (GMT +4)
Bakalavr təhsili üzrə xüsusi təyinatlı ixtisasların sayı artırılıb

20 Aprel 2023, 11:50 (GMT +4)
DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib

20 Aprel 2023, 11:30 (GMT +4)
Nazirlər Kabineti DTX-nin Akademiyasında magistr təhsili ilə bağlı qərar imzalayıb

20 Aprel 2023, 11:10 (GMT +4)
Prezident və birinci xanım Nərimanovda “Cümə” məscidinin açılışında iştirak ediblər

20 Aprel 2023, 10:50 (GMT +4)
Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

20 Aprel 2023, 10:30 (GMT +4)
Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

20 Aprel 2023, 10:10 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

20 Aprel 2023, 09:50 (GMT +4)
Qobustanda İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub

20 Aprel 2023, 09:30 (GMT +4)
FHN: Bakıda əl qumbaraları tapılıb (VİDEO)

20 Aprel 2023, 09:15 (GMT +4)
Ekofəalların Xankəndi-Laçın yolunda etiraz aksiyası 130 gündür davam edir

20 Aprel 2023, 09:00 (GMT +4)
Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib

19 Aprel 2023, 18:00 (GMT +4)
Prezident İlham Əliyev “YAŞAT” Fonduna 5 milyon manat ayırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66