Qəbələdə avtomobil aşıb, ölən var11 May 2022, 11:35 (GMT +4) Bakı, 11 may, SalamNews. Qəbələ rayonunda avtomobil aşıb, ölən var.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 10-u saat 13 radələrində rayonun Mirzəbəyli kəndi ərazisində rayon sakini B.Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobili aşırıb. Nəticədə sərnişini olan anası Məhluqə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
|