Şəkidə ikimərtəbəli evdə yanğın olub12 May 2022, 09:50 (GMT +4) Bakı, 12 may, SalamNews. Şəkidə evdə yanğın olub.
SalamNews-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Şəki şəhərinin Zunud kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 4 otaq və 2 aynabənddən ibarət evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.
Yanğın zamanı evin içərisində həcmi 50 litr olan 1 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|