Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

DGK: Ölkəyə külli miqdarda gətirilən narkotik vasitələrin satışının qarşısı alınıb

12 May 2022, 14:20 (GMT +4)

Bakı, 12 aprel, SalamNews. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitə-metadonun realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.

SalamNews-un komitəyə istinadən verdiyi xəbərə görə, həmin məlumata əsasən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə yaradılan əməliyyat qrupu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində əməliyyat keçirib və Azərbaycan vətəndaşı Aslanov Qabil Əhməd oğlu üzərində olan bağlamadakı külli miqdarda narkotik vasitəni - 200 ədəd “metadon” həbini şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb və həmin narkotik vasitə aşkar edilərək götürülüb.

Davam etdirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda “metadon”u Qabil Aslanova təhvil verən şəxslərin - Mirzəli Rza Yavər oğlunun və Rəsulova Əfsanə Əlimirzə qızının yaşadıqları Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən fərdi yaşayış evindən və istifadələrində olan minik nəqliyyat vasitəsindən, eləcə qrupun digər üzvü İsmayılzadə Pərvin Çərkəz oğlunun idarə etdiyi minik nəqliyyat vasitəsindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş, ümumilikdə külli miqdarda narkotik vasitələr - 760 “metadon” həbi, 104,649 qram tiryək və psixotrop maddə - 68,175 qram “metamfetamin” aşkar edilərək götürülüb.

Başlanmış cinayət işi üzrə Aslanov Qabil Əhməd oğlu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Mirzəli Rza Yavər oğlu, Rəsulova Əfsanə Əlimirzə qızı və İsmayılzadə Pərvin Çərkəz oğlu isə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə qeyd edilən şəxslərin hər birinin barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, “metamfetamin” adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, tiryək "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələtin I Siyahısı"na, “metadon” isə "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 İyul 2022, 00:44 (GMT +4)
Çempionlar Liqası: I təsnifat mərhələsinin oyunları start götürüb

06 İyul 2022, 00:27 (GMT +4)
“Qarabağ”da hər şey qaydasındadır, heç bir problem yoxdur - Qurban Qurbanov

05 İyul 2022, 23:55 (GMT +4)
Çempionlar Liqası: "Qarabağ" "Lex"ə uduzub - (YENİLƏNİB)

05 İyul 2022, 23:19 (GMT +4)
Gələcəkdə əsas heyətdə görə biləcəyimiz gənc və perspektivli oyunçularımız var - Elmar Baxşıyev

05 İyul 2022, 23:03 (GMT +4)
"Fənərbaxça" "Qəbələ"nin rəqibinə qalib gəlib

05 İyul 2022, 22:39 (GMT +4)
İslamiada: Azərbaycanın daha iki komandasının rəqibləri müəyyənləşib

05 İyul 2022, 22:21 (GMT +4)
Niderland millisinin üzvü "Beşiktaş"la anlaşıb

05 İyul 2022, 21:09 (GMT +4)
"Zirə" yeni futbolçusunu təqdim edib

05 İyul 2022, 20:42 (GMT +4)
Yoxlama oyunu: "Qəbələ" "Qaziantep"ə məğlub olub

05 İyul 2022, 18:00 (GMT +4)
Məktəblərdə boş olan direktor vəzifəsinə 120 nəfər sənəd verib

05 İyul 2022, 17:50 (GMT +4)
Sabah Ucarın qaz təchizatında fasilə yaranacaq

05 İyul 2022, 17:40 (GMT +4)
Binəqədi rayonunda narkotik vasitə satan və quldurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib

05 İyul 2022, 17:35 (GMT +4)
Putin ev heyvanları üçün yemlərin yerli istehsalının artırılması təşəbbüsünü dəstəkləyib

05 İyul 2022, 17:23 (GMT +4)
İran Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasındakı qarşıdurmlara münasibət bildirib

05 İyul 2022, 17:20 (GMT +4)
Zelenski: Belarus Ukrayna münaqişəsinə cəlb oluna bilər

05 İyul 2022, 17:10 (GMT +4)
Bərdə polisinə yeni rəis müavini təyin edilib

05 İyul 2022, 17:00 (GMT +4)
Stoltenberq: Putin NATO-ya qapını bağlamağa çalışıb

05 İyul 2022, 16:52 (GMT +4)
Azərbaycanda son sutkada daha 49 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

05 İyul 2022, 16:42 (GMT +4)
Peskov Si Tsinpinin Rusiyaya səfərdən imtina etməsini təkzib edib

05 İyul 2022, 16:36 (GMT +4)
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcəyə daxilolmalar 25% artıb

05 İyul 2022, 16:26 (GMT +4)
Türkiyə prezidenti tezliklə İrana rəsmi səfərə gedəcək

05 İyul 2022, 16:20 (GMT +4)
Bakı Olimpiya Stadionunda VAR layihəsi ilə əlaqədar seminar keçirilib - (FOTOLAR)

05 İyul 2022, 16:17 (GMT +4)
Kür çayından ölkəyə daxil olan su 27 faiz azalıb

05 İyul 2022, 16:07 (GMT +4)
PSJ-nin baş məşqçisi istefaya göndərilib

05 İyul 2022, 16:03 (GMT +4)
Müdafiə Nazirliyinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib (VİDEO)

05 İyul 2022, 16:03 (GMT +4)
Medvedyev G7-nin təklifinə cavab olaraq Yaponiyaya xəbərdarlıq edib

05 İyul 2022, 15:53 (GMT +4)
“Neftçi”nin Boludakı ilk matçının başlama saatı dəyişdirilib

05 İyul 2022, 15:52 (GMT +4)
ARDNF I yarımildə büdcə proqnozuna 73% əməl edib

05 İyul 2022, 15:42 (GMT +4)
Stoltenberq: İsveç və Finlandiyanın NATO-ya qoşulması üçün ratifikasiya prosesi başlayıb

05 İyul 2022, 15:38 (GMT +4)
Türkiyənin “Cumhuriyet” qəzetinin müəllifi Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını NATO-nun genişlənməsinə cavab olduğunu bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66