DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb13 May 2022, 10:41 (GMT +4) Bakı, 13 may, SalamNews. Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SalamNews-a bildirilib ki, mayın 12-də respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
|