Beyləqanda minik avtomobili yük avtomobili ilə toqquşaraq yanıb16 May 2022, 09:37 (GMT +4) Bakı, 16 may, SalamNews. Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.
SalamNews-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, "ГАЗ" markalı yük avtomobili və “Tofaş” markalı minik avtomobili toqquşub.
Nəticədə minik avtomobilinin yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
|