Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SƏRGİLƏR

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri başlayır

16 May 2022, 14:42 (GMT +4)

Bakı, 16 may, SalamNews. Mayın 18-dən 20-dək 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək. 

SalamNews xəbər verir ki, bu il sərgidə rekord sayda milli və regional stendlər nümayiş olunacaq. Sərgilərdə 24 ölkədən 449 şirkət iştirakını təsdiqləyib.

CASPIAN AGRO 2022

“Caspian Agro” kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgidir. Sərgi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğrultmuşdur.

Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirir.

Bu il Caspian Agro sərgisində dünyanın 20 ölkəsindən 294 şirkət iştirak edir. ABŞ, Almaniya, Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Rusiya, Slovakiya, Türkiyə, Yaponiya, Yunanıstan şirkətləri iştirak edəcək.

Kənd təsərrüfatı üzrə:

Baytarlıq və zootexnika

Bitki və heyvanların mühafizəsi üçün vasitələr

Bitkiçilik

Damla sulama sistemləri

Heyvandarlıq / Quşçuluq / Balıq sənayesi

İstixana üçün avadanlıqlar

Kənd təsərrüfatı məhsulları

Kənd təsərrüfatı texnikası və avadanlığı

Laboratoriya avadanlığı

Lizinq xidmətləri

Meyvə və tərəvəzlərin yetişdirilməsi

Mineral və bioloji gübrələr

Suvarma üçün maşınlar və avadanlıq

Yem və əlavələr və s. təqdim olunacaq

Caspian Agro sərgisinin sponsorları arasında Gubre.az və Silo Construction yer alır.

Beləliklə, “Сaspian Agro 2022” sərgisi növbəti dəfə kənd təsərrüfatı kompleksinin bütün mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsullarının distrbyutorları və Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafında maraqlı olan və bu prosesdə fəal iştirak edən hər kəs üçün görüş yerinə çevriləcək.

SMART AGRO 

Bu il “Caspian Agro” sərgisi Ağıllı Kənd, Süni İntellekt, İT xidmətləri, Pilotsuz uçuş aparatları (Dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Sərginin işgüzar proqramı sadalanan mövzulara uyğun olacaq. Belə ki, mayın 18-də sərgi çərçivəsində “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” konfransı keçiriləcək. Sərgidə Smart Agro çərçivəsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunacaq.

FERMERLƏR ÜÇÜN TUR

Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər, yüksək keyfiyyətli məhsul istehsalı üçün əvəzsiz şərtdir. Bu il 40-a yaxın rayondan fermerlər üçün turlar təşkil olunub.

INTERFOOD AZERBAIJAN 2022

“Caspian Agro” sərgisi ilə eyni vaxtda Xəzər regionunun qida sənayesi şirkətlərinin əsas görüş yeri olan “InterFood Azerbaijan” sərgisi keçiriləcək. Sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq və sərgi iştirakçıları ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır. “InterFood Azerbaijan” sərgisində 12 ölkədən 155 şirkət iştirak edir. Sərgidə Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Hindistan, İran, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə ölkələrindən sirkətlər iştirak edir.

“InterFood Azerbaijan 2022” sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün məhsullar təqdim ediləcək.

Sərgidə təqdim edilən bütün məhsullar aşağıdakı kateqoriyalara bölünür: 

InterFood (qida sənayesi), 

InterDrink (içkilər), 

InterFoodTech (texnologiyalar) 

HalalFood.

Ipack və s.

ƏLAVƏ TƏDBİRLƏR VƏ İŞGÜZAR PROQRAM

Ənənəvi olaraq, sərgilər yerli və xarici şirkətlərin nümayəndələrinin əməkdaşlıq üsullarını və gələcək tərəfdaşlıq üsullarını üz-üzə müzakirə edə biləcəyi ikitərəfli işgüzar görüşlərə (B2B), həmçinin özəl şirkətlərin nümayəndələrinin dövlət qurumlarının nümayəndələri ilə görüşmək imkanına malik ola biləcəyi  ikitərəfli işgüzar görüşlərə (B2G) ev sahibliyi edəcək.

Sərgilərdə iştirakçılara və ziyarətçilərə geniş işgüzar proqram təqdim olunacaq. Belə ki, “InterFood Azerbaijan 2022” çərçivəsində komandalara və ayrı-ayrı şəxslərə öz sahələrində yüksək peşəkarlıq, istedad və qlobal miqyasda otel və restoran biznesinin tələblərinə cavab vermək istəyi nümayiş etdirmək imkanı verən 2-ci Azərbaycan Aşpazlar Çempionatı “Chefs Cup” keçiriləcək.

Bakı Ekspo Mərkəzinin açıq sahəsində keçiriləcək “Balık Ekmek” Balıq Festivalına xüsusi diqqət yetirilməlidir. Həmçinin məkanın təqdimat sahəsində Belarus-Azərbaycan Biznes Forumu da keçiriləcək. Ziyarətçilər maraqlı panel müzakirələrində iştirak edib, Bakı Ekspo Mərkəzinin foyesində "Qida - sənət əsəri" sərgisi: Dekorativ yeməklərin kompozisiyaları ilə tanış ola biləcəklər.

Beləliklə, sərgi ziyarətçiləri yeniliklərlə tanış olmaq, ixtisaslı mütəxəssislərdən məsləhət almaq, həmçinin müxtəlif iştirakçılardan təkliflər almaq imkanı əldə edəcəklər.

KOBIA

15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2022” sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.

RƏSMİ DƏSTƏK

Caspian Agro 2022 и InterFood Azerbaijan 2022 sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi və iştirakı ilə keçirilir. Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. 

Caspian Agro 2022 и InterFood Azerbaijan 2022 sərgilərin rəsmi içkisi qismində "İpək Su", mehmanxanası -  «Hilton Baku» çıxış edir. Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun bir sıra beynəlxalq tərəfdaşlarıdır.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Avqust 2022, 18:51 (GMT +4)
Cüdoçumuz İslamiadada qızıl medala sahib olub

15 Avqust 2022, 18:00 (GMT +4)
AAYDA: Bakının Tbilisi prospektində təmir işləri aparılır

15 Avqust 2022, 17:45 (GMT +4)
ƏƏSMN: ​​Son 4 ildə 10-dan çox yeni sosial ödəniş növü təsis olunub

15 Avqust 2022, 17:33 (GMT +4)
“Qarabağ” FİFA-23-də yer ala bilər

15 Avqust 2022, 17:31 (GMT +4)
ABŞ qüvvələri 100-dən çox neftlə dolu maşını Suriyadan çıxarıblar

15 Avqust 2022, 17:30 (GMT +4)
“Bakmil” metrostansiyası istiqamətində qatarların hərəkət cədvəli dəyişib

15 Avqust 2022, 17:18 (GMT +4)
İslamiada: Azərbaycanın para-stolüstü tennis komandası üçüncü olub

15 Avqust 2022, 17:17 (GMT +4)
Şahdağ Milli Parkında yanğın başlayıb

15 Avqust 2022, 17:05 (GMT +4)
The Guardian: Qərb qışda Kiyevi kürəyindən bıçaqlaya bilər

15 Avqust 2022, 16:54 (GMT +4)
ETSN: "İsti və quraq hava şəraitində təbiət əraziləri yanğına daha həssasdır"

15 Avqust 2022, 16:53 (GMT +4)
İslamiada: Dadaş Dadaşbəyli gümüş medal qazanıb 

15 Avqust 2022, 16:46 (GMT +4)
Narendra Modi Hindistanın 25 ildən sonra inkişaf etmiş ölkə olacağına söz verib

15 Avqust 2022, 16:42 (GMT +4)
Taliban Əfqanıstanı nəzarətə götürməsinin birinci ildönümündə bəyanat verib: Heç kimə təhlükə yaratmırıq

15 Avqust 2022, 16:41 (GMT +4)
İşxan Verdyan: Mən casus və satqın deyiləm, Ermənistan qarşısında özümü günahkar hesab etmirəm (VİDEO)

15 Avqust 2022, 16:39 (GMT +4)
Azərbaycan Premyer Liqası: 4-cü turun oyunlarının saatı məlum olub

15 Avqust 2022, 16:28 (GMT +4)
The Hill: Ağ Ev, aşağı reytinqlərə baxmayaraq, Baydenin ikinci müddətə namizəd olmaq planlarını açıqlayıb

15 Avqust 2022, 16:27 (GMT +4)
Polis Bərdədə əməliyyat keçirib, saxlanılanlar var

15 Avqust 2022, 16:15 (GMT +4)
Çin MN: Tayvan ətrafında hərbi təlimlər Taybey və Vaşinqtonun “sövdələşməsinə” cavab olaraq keçirilir

15 Avqust 2022, 16:12 (GMT +4)
Azərbaycan idmançısı İslamiadada finala yüksəlib

15 Avqust 2022, 16:09 (GMT +4)
Bakıda magistral su xəttinin yerini özbaşına dəyişməyə cəhd edilib

15 Avqust 2022, 15:57 (GMT +4)
Volodin: Ukrayna maliyyə müstəqilliyini itirib

15 Avqust 2022, 15:50 (GMT +4)
Bakı sakininin 11 min manatı əlindən alınıb

15 Avqust 2022, 15:49 (GMT +4)
Binəqədidə yaşayış binasında yanğın olub

15 Avqust 2022, 15:37 (GMT +4)
Suriyada ABŞ-ın nəzarətində olan bazalara PUA-larla hücum edilib

15 Avqust 2022, 15:36 (GMT +4)
Kürdəmirdə narkotikin təsiri altında “Range Rover”i idarə edən şəxs saxlanılıb

15 Avqust 2022, 15:33 (GMT +4)
Millət vəkili "Turan Tovuz" üçün ianə kampaniyasına qoşulub

15 Avqust 2022, 15:24 (GMT +4)
MN: “Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb

15 Avqust 2022, 15:12 (GMT +4)
Zaxarova: ABŞ Rusiyanı terrorizmin sponsoru kimi tanısa, ölkələrin münasibətlərini unutmaq olar

15 Avqust 2022, 15:00 (GMT +4)
Azərbaycanda iki universitet publik hüquqi şəxsə çevrilib

15 Avqust 2022, 14:49 (GMT +4)
Bakıda evlərdən 6 885 manatlıq oğurluq edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66