Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Metropolitendə şəhid ailələri və müharibə veteranlarına yardım Mərkəzi yaradılıb (FOTO)

17 May 2022, 12:29 (GMT +4)

Bakı, 17 may, SalamNews. “Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) qərarına əsasən, müəssisədə çalışan şəhid ailələrinin üzvləri və müharibə veteranlarına xüsusi qayğı göstərilməsisini müntəzəm nəzarətdə saxlayaraq, onların müraciətlərinə operativ və xüsusi həssaslıqla baxılmasını təmin etmək məqsədilə Mərkəz yaradılıb.

Bu barədə SalamNews-a QSC-dən bildirilib.

Bununla əlaqədar 2021-ci il iyunun 6-da bağlanmış üçillik Kollektiv müqaviləyə düzəliş və əlavələr edilib.

“Metropolitendə işləyən şəhid ailələrinə və Qarabağ müharibələrinin veteranlarına yardım Mərkəzi”n Əsasnamə layihəsinin müzakirə olunaraq əlavə və dəyişikliklərlə təsdiq edilməsi, həmçinin Mərkəzin idarəetmə orqanı olan İdarə heyətinin seçilməsi məqsədilə sıralarında 336 nəfər Qarabağ müharibəsi veteranlarını və metropolitendə çalışan şəhid ailələrinin üzvlərini birləşdirən Mərkəzin ilk təsis yığıncağı keçirilib.

Toplantını giriş sözü ilə açan MİHİ-nin sədri Arif Mərdanov “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovla aparılan geniş müzakirələrin məntiqi nəticəsi kimi idarəedilməsi Qarabağ müharibəsi veteranları və metropolitendə çalışan şəhid ailələrinin üzvləri tərəfindən həyata keçiriləcək və qərarlarının çıxarılmasında obyektivlik, ədalətlilik prinsiplərinə söykənən, fəaliyyətində bürokratik mərhələləri çevik addamağa qadir olan bir Mərkəzin yaradılması zərurətindən danışıb.

O qeyd edib ki, tam obyektiv mühitdə Əsasnamənin təsdiq edilməsi və demokratik prinsiplər rəhbər tutularaq İdarə heyətinin seçilməsi üçün ilk təsis yığıncağına Mərkəzin ətrafında birləşəcək bütün nümayəndələr dəvət olunub.

“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov yığıncaqda çıxış edərək bildirib ki, cəmiyyətin mövcud imkanları nəzərə alınaraq, yuxarıda qeyd edilən məramla həyata keçirilən təsisatda bu kateqoriyadan olan soydaşlarımızın ehtiyaclarına daha həssas yanaşmada operativliyin əldə olunmasında Mərkəz xüsusi rol oynamalıdır.

Yığıncaq iştirakçılarının diqqətinə təqdim edilmiş Əsasnaməyə görə, İdarə heyətinin tərkibinə toplantı iştirakçıları tərəfindən müstəqil iradə ifadəsi ilə seçilən 5 nəfərlə yanaşı, həmçinin səhmdar cəmiyyətin sədr müavini Hidayət Məmmədov və MİHİ-nin sədri Arif Mərdanov da daxildir. Mərkəzin idarə heyəti iki ayda bir dəfədən az olmamaq şərtilə toplaşaraq, daxil olmuş müraciətlərə baxmalı və qərar verməlidirlər. Müəssisədə çalışan şəhid ailə üzvləri və veteranlar il ərzində bir dəfə tam tərkibdə toplaşaraq İdarə heyətinin hesabatını dinləməli və qiymətləndirməlidirlər.

Mərkəzin əsas maliyyə mənbəyi səhmdar cəmiyyətin və MİHİ-nin ayırdığı təyinatlı maliyyə vəsaiti hesabına formalaşır. Bununla yanaşı, MİHİ tərəfindən açılmış bank hesabına hər bir kəs könüllü olaraq maliyyə vəsaiti köçürə və qanunla qadağan edilməyən bütün digər ianələr də Mərkəzin maliyyələşməsini formalaşdıra bilər.

Əsasnamə ilə bağlı müzakirələrdən sonra toplantı iştirakçıları idarə heyətinə 13 nəfərin namizədliyini irəli sürüblər. Könüllü olaraq, 4 nəfər namizədliyini geri götürüb. Yığıncağın ümumi qərarına əsasən, tədbirin gedişi ərzində qalan 9 nəfərin arasında aparılan müzakirələrdən sonra 5 nəfər İdarə heyətinə seçilib.

Daha sonra şəhid ailələrinin üzvləri, müharibə veteranları Mərkəzin daha çox diqqətdə saxlamalı olduğu məsələlər ətrafında İdarə heyətinə təkliflər verib, təşəbbüs və tövsiyələrini irəli sürüblər. Həmçinin onları maraqlandıran digər məsələlər ətrafında da geniş müzakirələr aparılıb.

“Bakı Metropoliteni” QSC hər iki Qarabağ müharibəsi zamanı torpaqlarımızın bütövlüyü, işğal altında olan ərazilərimizin düşməndən azad olunması uğrunda silaha sarılan Vətən oğullarına bacardığı dəstəyi verib, döyüşlərdə şəhid olmuş həmkarlarının ailələrini unutmur. Milli qürurumuzun zirvəsi olan sonuncu müharibədə dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əldə edilən Zəfər naminə övladları şəhid olan 4 metropolitençi və 53 nəfər müharibə veteranı sırasına ötən ilyarım ərzində daha 21 qazi və şəhid ailəsi üzvü qoşularaq metropolitendə işlə təmin olunub.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 İyun 2022, 01:35 (GMT +4)
İddiaçılar Turniri: Teymur Rəcəbov liderlə heç-heçə edib

30 İyun 2022, 01:19 (GMT +4)
"Sumqayıt"ın idman direktoru klubdan ayrılıb

30 İyun 2022, 00:42 (GMT +4)
Azərbaycanda 3 idman federasiyası ləğv olunub

30 İyun 2022, 00:20 (GMT +4)
Avropa çempionatı: Güləşçimiz Qurban Qurbanov gümüş medal qazanıb

30 İyun 2022, 00:03 (GMT +4)
"Qarabağ" Almaniya və Rumıniya klubları ilə bərabərə qalıb

29 İyun 2022, 17:59 (GMT +4)
Teleaparıcı Vladimir Solovyov Azərbaycandan üzr istəyib

29 İyun 2022, 17:48 (GMT +4)
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

29 İyun 2022, 17:38 (GMT +4)
NATO Rusiyanı əsas təhlükə kimi göstərən Alyansın Strateji Konsepsiyasını qəbul edib

29 İyun 2022, 17:37 (GMT +4)
İbrahim Rəisi: İran Türkmənistan qazının svop yolu ilə Azərbaycana nəqlini artırmağa hazırdır

29 İyun 2022, 17:27 (GMT +4)
Rəisi: “Azərbaycan Prezidentinin Tehrana, mənim də Bakıya səfər etmək planlarımız var”

29 İyun 2022, 17:19 (GMT +4)
Prezident İlham Əliyev İranla əlaqələrin daha da inkişaf etdiyini bildirib

29 İyun 2022, 17:10 (GMT +4)
NATO rəsmi olaraq İsveç və Finlandiyanı üzvlüyə dəvət edib

29 İyun 2022, 17:05 (GMT +4)
Tanınmış jurnalist Zaur Mirzəzadənin vəkili: Müvəkkilim heç bir cinayət əməli törətməyib

29 İyun 2022, 17:01 (GMT +4)
Bayden: Rusiya Avropanın «finlandiyalaşmasına» nail olmaq niyyətində idi, lakin «natolaşma»sı ilə üzləşəcək

29 İyun 2022, 16:50 (GMT +4)
İran Əfqanıstanla sərhəddə bir əsgərinin ölümü ilə bağlı Talibana çağırış edib

29 İyun 2022, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

29 İyun 2022, 16:32 (GMT +4)
Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının VI Zirvə Toplantısında iştirak edir 

29 İyun 2022, 16:22 (GMT +4)
Səfir Antonov: Yeni anti-Rusiya sanksiyaları bütün iqtisadiyyatlar üçün oyun qaydalarını pozur

29 İyun 2022, 16:10 (GMT +4)
Tunisdə muxalifətin lideri terrorçuluqda ittihamlandırılıb

29 İyun 2022, 16:04 (GMT +4)
Polad Bülbüloğlu Babayanla bağlı yayılmış xəbərlərə görə Rusiyanın səlahiyyətli orqanlarına sorğu ilə müraciət edib

29 İyun 2022, 15:55 (GMT +4)
BNA: "14 marşrut xətti üzrə 25 avtobusun hərəkəti 16 dəqiqə gecikir"

29 İyun 2022, 15:45 (GMT +4)
Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib

29 İyun 2022, 15:44 (GMT +4)
Britaniya XİN: Rusiya ilə danışıqlar yalnız Ukraynanın hərbi qələbəsindən sonra aparıla bilər

29 İyun 2022, 15:37 (GMT +4)
İsrail və İranın bir-birinin infrastrukturasına kiber hücumları artıb

29 İyun 2022, 15:32 (GMT +4)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub

29 İyun 2022, 15:22 (GMT +4)
Conson hesab edir ki, NATO ölkələri müdafiə xərclərini artırmalıdır

29 İyun 2022, 15:12 (GMT +4)
Qurban bayramı günlərində AQTA nəzarət tədbirlərini gücləndirəcək

29 İyun 2022, 15:01 (GMT +4)
Madriddə NATO liderlərinin sammiti işə başlayıb

29 İyun 2022, 14:50 (GMT +4)
Şolts: NATO lazım olduğu müddətcə Ukraynaya silah tədarük etməyə davam edəcək

29 İyun 2022, 14:40 (GMT +4)
DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66