Fransa İranla böyük dövlətlərin nüvə razılaşmasının gecikməsinin səbəbini açıqlayıb18 May 2022, 10:42 (GMT +4) Bakı, 18 may, SalamNews, B.Samid. “İranla nüvə sazişinin bərpası razılaşmasının mətni iki aydır hazırdır. Razılaşmadan kənar şərtlər və İranla ABŞ arasındakı məsələ onu gecikdirir”.
SalamNews FransPress-ə istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin bir rəsmisi açıqlama verib.
Fransa rəsmisi bildirib ki, nüvə sazişinə qayıtmaq üçün razılaşmanın mətni iki aydır ki hazırdır.
O, əlavə edib ki, məhz bu mətnin hazır olmasına görə, Avropa dövlətlərinin nümayəndələri Vyanadakı danışıqları tərk edib, paytaxtlarına geri döndülər.
Mənbə əlavə edib ki, razılaşmanın gecikməsinin səbəbi sazişdən kənar şərtlərin irəli sürülməsidir ki, bu da İranla ABŞ arasındakı məsələlərə qayıdır.
Qeyd edək ki, Avropa İttifaqının Ali rəsmisi Cozef Borrel ötən həftə sözügedən danışıqlardakı durğunluğun bitdiyini deyib və müzakirələrin başlayacağından xəbər verib.
|