İran Fars körfəzində qaçaq neft daşıyan xarici gəmini saxladığını bildirib18 May 2022, 11:31 (GMT +4) Bakı, 18 may, SalamNews, B.Samid. İranın Sahil mühafizə xidməti qaçaq neft daşıyan bir xarici gəmini saxlayıb və ekipajını istintaqa cəlb edib.
SalamNews İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Hormuzqan əyalətinin Baş Prokurorluğu bəyanat verib.
Bildirilib ki, ölkənin Hormuzqan əyalətinin Fars Körfəzi sahilində Sahil mühafizə xidməti bir xarici gəmini saxlayıb və burada 550 min litr qaçaq yanacaq aşkarlanıb.
Gəminin yeddi nəfərdən ekipajı saxlanılıb. Gəminin hansı ölkəyə aid olduğu hələ açıqlanmayıb.
|