Dövlət Departamenti: Blinken və Lavrov arasında söhbət Ukraynada gərginliyin azalmasına gətirməlidir18 May 2022, 11:03 (GMT +4) Bakı, 18 may, SalamNews. Vaşinqton hakimiyyəti ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında söhbətin hazırkı şəraitdə konstruktiv olmayacağını düşünür, lakin bu cür görüşlər Ukraynada zorakılığın səviyyəsinin azalmasına səbəb ola bilsə, gələcəkdə bu müzakirələrin keçirilməsi istisna edilmir.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
"Dövlət katibi fevral ayından bəri rusiyalı həmkarı ilə danışmayıb. Rusiya Federasiyası Blinken və Lavrov arasında danışıqların hazırkı şəraitdə konstruktiv olacağına inanmağa heç bir əsas verməyib. Əgər lazımi şərait yaradılarsa, onlar arasında söhbətin zorakılığın səviyyəsini azaltmağa və ya Ukrayna xalqının humanitar vəziyyətini yüngülləşdirməyə kömək edə biləcəyi qənaətinə gəlsək, o zaman gələcəkdə onlar arasında danışıqlar baş tuta bilər”, deyə Prays bildirib.
|