Bloomberg: Türkiyə Finlandiya və İsveçin NATO ilə bağlı təkliflərini təsdiqləmək üçün F-35 qırıcılarını istəyir18 May 2022, 11:17 (GMT +4) Bakı, 18 may, SalamNews. Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləmək üçün F-35 qırıcılarının istehsalı proqramına daxil ediləcəyini gözləyir.
SalamNews “TASS”a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Bir müddət öncə rəsmi Vaşinqton Türkiyəni Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə beşinci nəsil F-35 qırıcı-bombardmançı proqramından kənarlaşdırıb. Bu səbəbdən Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı şərtlərini açıqlayıb.
Belə ki, NATO-ya üzv olmaq üçün istənilən namizəd həm Türkiyə daxilində, həm də Suriya və İraqda kürd silahlı birləşmələri ilə bağlı narahatlıqlarını etiraf etməlidir. Türkiyə istəyir ki, İsveç və Finlandiyanın bloka qoşulmasına icazə verilməzdən əvvəl həmin dövlətlər təkcə PKK deyil, həm də onun nümayəndəliklərini açıq şəkildə pisləsinlər.
Bundan əlavə, Ankara İsveç və Finlandiyanın Türkiyənin 2019-cu ildə Suriyadakı hərbi əməliyyatlarından sonra bir neçə digər Avropa İttifaqının üzvü ilə birlikdə silah ixracına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasını istəyir.
|