İrəvanda polis küçələri bağlayan müxalifətçiləri saxlamağa başlayıb18 May 2022, 12:21 (GMT +4) Bakı, 18 may, SalamNews. Mayın 18-də səhər saatlarında Ermənistan polisinin xüsusi bölmələri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanın bir sıra küçələrini bağlamağa çalışan müxalif “Müqavimət” hərəkatının fəallarını saxlamağa başlayıb.
SalamNews “TASS”a istinadən xəbər verir ki, etiraz aksiyalarını yerli portallar canlı yayında yayımlayıb.
Paytaxtın mərkəzi küçələrində tıxac yaranıb, hüquq-mühafizə orqanlarının əməkdaşları yolları açmağa çalışır.
|