Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Ötən ay əhaliyə göstərilən tibbi xidmətlərin sayı açıqlanıb

18 May 2022, 11:52 (GMT +4)

Bakı, 18 may, SalamNews. Aprel ayında dövlət tibb müəssisələrinə 849 726 şəxs 1 571 809 dəfə müraciət edib.

Bu barədə SalamNews-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 3 448 090 olub. Tibbi xidmətlərin 84 %-i ambulator, 16 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 30 %-ni uşaqlar, 70 %-ni böyüklər təşkil edib.

Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, habelə mamalıq və ginekologiya ilə bağlı olub.

Bakı şəhəri üzrə tibbi statistik göstəricilərə gəlincə, aprel ayında paytaxt üzrə dövlət tibb müəssisələrinə 329 213 şəxs 644 555 dəfə müraciət edib. Bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 41 %-ni təşkil edir. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 1 364 139 olub və bu göstərici də bütün tibbi xidmət sayının 40 %-ni təşkil edir.

Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Kliniki Tibb Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Xəzər Tibb Mərkəzi, Binəqədi Tibb Mərkəzi, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi.

Cari ilin aprel ayında Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 537 152 şəxs 927 254 dəfə müraciət edib. Bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 59 %-ni təşkil edir. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 2 083 951 olub və bu göstərici də bütün tibbi xidmət sayının 60 %-ni təşkil edir.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğuna Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Xaçmaz, Yevlax, Abşeron, Quba, Balakən və Şəki rayon mərkəzi xəstəxanaları daxildir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 İyul 2022, 19:18 (GMT +4)
Ceyhun Bayramov İranın prezidenti ilə görüşüb (VIDEO)

04 İyul 2022, 17:58 (GMT +4)
Kamran Əliyev hakim vəzifəsinə təyin olunan prokurorluq əməkdaşlarını təltif edib

04 İyul 2022, 17:48 (GMT +4)
Roma Papası istefası ilə bağlı yayılan xəbərləri təkzib edib

04 İyul 2022, 17:40 (GMT +4)
Azərbaycanda universitet tələbəsi vəfat edib

04 İyul 2022, 17:35 (GMT +4)
Bloomberg: ABŞ səfiri Çindən "Rusiya təbliğatının yayımını" dayandırmağı tələb edib

04 İyul 2022, 17:27 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

04 İyul 2022, 17:18 (GMT +4)
"Qarabağ" həqiqətən çox yaxşı komandadı - "Lex"in baş məşqçisi

04 İyul 2022, 17:17 (GMT +4)
Lukaşenko ABŞ xalqını fikir ayrılıqlarını unutmağa dəvət edib

04 İyul 2022, 17:07 (GMT +4)
Prezident: Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik

04 İyul 2022, 17:00 (GMT +4)
Kuleba: Yaxın gələcəkdə ölkənin NATO-ya daxil olması üçün heç bir perspektiv yoxdur

04 İyul 2022, 16:59 (GMT +4)
"Zirə" nigeriyalı yarımmüdafiəçi ilə yolları ayırıb

04 İyul 2022, 16:57 (GMT +4)
Azərbaycanda son sutkada daha 17 nəfər koronavirusa yoluxub

04 İyul 2022, 16:50 (GMT +4)
İranın energetika naziri Azərbaycana səfər edəcək

04 İyul 2022, 16:49 (GMT +4)
“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşulub

04 İyul 2022, 16:47 (GMT +4)
Şəmkir sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırıb

04 İyul 2022, 16:37 (GMT +4)
Çavuşoğlu: Türkiyə Ermənistanla konstruktiv dialoqa hazırdır

04 İyul 2022, 16:30 (GMT +4)
Bu gün Bakı metrosu yay qrafikinə keçir

04 İyul 2022, 16:20 (GMT +4)
Putin hərbçiləri “LXR”in azad edilməsi münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb

04 İyul 2022, 16:11 (GMT +4)
"Mançester Siti" İngiltərə millisinin üzvü ilə 48 milyon avroluq müqavilə imzalayıb

04 İyul 2022, 16:10 (GMT +4)
Goranboy sakininin avtomobilini qaçıran şəxslər saxlanılıb

04 İyul 2022, 16:00 (GMT +4)
Bloomberg: Aİ Ukraynaya ölkəni bərpa etmək üçün 500 milyard avro təqdim edə bilər

04 İyul 2022, 15:50 (GMT +4)
Faktiki hava: Zaqatalanın kəndlərindən sel keçib

04 İyul 2022, 15:48 (GMT +4)
"Barselona" afrikalı futbolçu transfer edib

04 İyul 2022, 15:40 (GMT +4)
Türkiyə Rusiyanın Suriyadakı əməliyyatına cavab verməyəcəyini proqnozlaşdırıb

04 İyul 2022, 15:30 (GMT +4)
Türkiyədən Azərbaycana qanunsuz yolla dərmanların keçirilməsinin qarşısı alınıb

04 İyul 2022, 15:20 (GMT +4)
Köçərli Həsənov Şəmkirdə vətəndaşları qəbul edəcək

04 İyul 2022, 15:20 (GMT +4)
SANA: ABŞ Suriya neftini daşıyan 55 maşını İraqın şimalına keçirib 

04 İyul 2022, 15:12 (GMT +4)
AFFA "Zirə"nin məşqçisi ilə bağlı şikayəti təmin etməyib

04 İyul 2022, 15:10 (GMT +4)
Reuters: Roma Papası Kanadaya səfərindən sonra Moskva və Kiyevə səfər etmək istədiyini deyib

04 İyul 2022, 15:00 (GMT +4)
Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66