WP: Ukrayna ABŞ-dan ən çox hərbi yardım alan ölkə oldu18 May 2022, 12:00 (GMT +4) Bakı, 18 may, SalamNews. Ukrayna Misir və İsraili geridə qoyaraq, ABŞ-dan ən çox hərbi yardım alan ölkəyə çevrilib.
SalamNews “TASS”a istinadən xəbər verir ki, bu qiymətləndirmə “The Washington Post” qəzetində dərc olunan məqalədə yer alıb.
Məqalədə ABŞ-ın 2014-cü ildən 2021-ci ilə qədər Kiyevə təxminən 2,7 milyard dollar hərbi yardım göndərdiyi qeyd edilir. Eyni zamanda, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bu yardımın həcmi 3,8 milyard dollar təşkil edib. Nəşr qeyd edir ki, nəzərdə tutulan 40,1 milyard dollarlıq yeni yardım paketində müdafiə sahəsi üçün təxminən 20 milyard dollar ayrılacaq.
Qəzet hazırda mövcud olan ən son məlumatlarla 2020-ci maliyyə ili üçün olan ümumi rəqəmlərlə də müqayisə edir. Həmin dövrdə birincə yerdə ABŞ-dan 3,3 milyard dollar həcmində hərbi yardım alan ölkə İsrail olub, ikinci yerdə 1,3 milyard dollarla Misir, üçüncü yerdə isə 0,51 milyard dollar hərbi yardım ilə İordaniya olub.
|