Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

USAID nümayəndə heyəti Azərbaycana səfər edəcək

18 May 2022, 11:38 (GMT +4)

Bakı, 18 may, SalamNews. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndə heyəti bu həftə Qazaxıstan, Azərbaycan və Gürcüstana səfər edəcək.

SalamNews USAID-ə istinadən xəbər verir ki, USAID-in Mərkəzi Asiya Ticarət Proqramı tərəfindən TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) və Qazaxıstan Nəqliyyat İşçilərinin İttifaqı - “KazLogistics” ilə birgə təşkil olunacaq səfərin məqsədi Transxəzər Nəqliyyat Marşrutu ilə ticarət həcmlərinin artırılması imkanlarını öyrənməkdir.

“Transxəzər Nəqliyyat Dəhlizi Mərkəzi Asiyadan Cənubi Qafqaza və Avropaya mal tədarükünün təmin edilməsində vacib rol oynaya bilər. USAID bu ölkələr arasında əməkdaşlığı hərtərəfli dəstəkləyir, regional ticarətin genişləndirilməsinə və investisiyaların cəlb edilməsinə töhfə verən qərarları dəstəkləyir”, - USAID-in Mərkəzi Asiyadakı missiyasının ticarət məsələləri üzrə baş regional məsləhətçisi Robert Parker deyib.

Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan, həmçinin Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığına üzv olan 40-dan çox gömrük və nəqliyyat siyasəti təmsilçisindən ibarət nümayəndə heyəti Xəzər dənizindəki Ələt və Kurık limanlarına və Qara dənizdəki Batumi limana səfər edəcək. Nümayəndə heyətinin üzvləri hər bir limanın qiymət siyasətini öyrənəcək, istifadə olunan prosedurları təhlil edəcək və rəqəmsallaşma təşəbbüsləri ilə tanış olacaqlar ki, bu da onlara prosedurların gələcəkdə daha da sadələşdirilməsi üçün tövsiyələr hazırlamağa kömək edəcək.

Səfərdə həmçinin, beynəlxalq avtomobil daşımalarında bilavasitə məşğul olan Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin avtomobil daşıyıcıları, logistika şirkətləri və ekspeditorları, dəniz limanları və gəmiçilik şirkətlərinin milli assosiasiyaları iştirak edəcək. Bolqarıstan və Türkiyədən olan iştirakçılar öz ölkələrinin əraziləri vasitəsilə beynəlxalq avtomobil daşımalarının asanlaşdırılması imkanları ilə tanış olmağa dəvət olunurlar.

Səfər mayın 24-dək davam edəcək.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 İyul 2022, 19:18 (GMT +4)
Ceyhun Bayramov İranın prezidenti ilə görüşüb (VIDEO)

04 İyul 2022, 17:58 (GMT +4)
Kamran Əliyev hakim vəzifəsinə təyin olunan prokurorluq əməkdaşlarını təltif edib

04 İyul 2022, 17:48 (GMT +4)
Roma Papası istefası ilə bağlı yayılan xəbərləri təkzib edib

04 İyul 2022, 17:40 (GMT +4)
Azərbaycanda universitet tələbəsi vəfat edib

04 İyul 2022, 17:35 (GMT +4)
Bloomberg: ABŞ səfiri Çindən "Rusiya təbliğatının yayımını" dayandırmağı tələb edib

04 İyul 2022, 17:27 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

04 İyul 2022, 17:18 (GMT +4)
"Qarabağ" həqiqətən çox yaxşı komandadı - "Lex"in baş məşqçisi

04 İyul 2022, 17:17 (GMT +4)
Lukaşenko ABŞ xalqını fikir ayrılıqlarını unutmağa dəvət edib

04 İyul 2022, 17:07 (GMT +4)
Prezident: Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik

04 İyul 2022, 17:00 (GMT +4)
Kuleba: Yaxın gələcəkdə ölkənin NATO-ya daxil olması üçün heç bir perspektiv yoxdur

04 İyul 2022, 16:59 (GMT +4)
"Zirə" nigeriyalı yarımmüdafiəçi ilə yolları ayırıb

04 İyul 2022, 16:57 (GMT +4)
Azərbaycanda son sutkada daha 17 nəfər koronavirusa yoluxub

04 İyul 2022, 16:50 (GMT +4)
İranın energetika naziri Azərbaycana səfər edəcək

04 İyul 2022, 16:49 (GMT +4)
“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşulub

04 İyul 2022, 16:47 (GMT +4)
Şəmkir sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırıb

04 İyul 2022, 16:37 (GMT +4)
Çavuşoğlu: Türkiyə Ermənistanla konstruktiv dialoqa hazırdır

04 İyul 2022, 16:30 (GMT +4)
Bu gün Bakı metrosu yay qrafikinə keçir

04 İyul 2022, 16:20 (GMT +4)
Putin hərbçiləri “LXR”in azad edilməsi münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb

04 İyul 2022, 16:11 (GMT +4)
"Mançester Siti" İngiltərə millisinin üzvü ilə 48 milyon avroluq müqavilə imzalayıb

04 İyul 2022, 16:10 (GMT +4)
Goranboy sakininin avtomobilini qaçıran şəxslər saxlanılıb

04 İyul 2022, 16:00 (GMT +4)
Bloomberg: Aİ Ukraynaya ölkəni bərpa etmək üçün 500 milyard avro təqdim edə bilər

04 İyul 2022, 15:50 (GMT +4)
Faktiki hava: Zaqatalanın kəndlərindən sel keçib

04 İyul 2022, 15:48 (GMT +4)
"Barselona" afrikalı futbolçu transfer edib

04 İyul 2022, 15:40 (GMT +4)
Türkiyə Rusiyanın Suriyadakı əməliyyatına cavab verməyəcəyini proqnozlaşdırıb

04 İyul 2022, 15:30 (GMT +4)
Türkiyədən Azərbaycana qanunsuz yolla dərmanların keçirilməsinin qarşısı alınıb

04 İyul 2022, 15:20 (GMT +4)
Köçərli Həsənov Şəmkirdə vətəndaşları qəbul edəcək

04 İyul 2022, 15:20 (GMT +4)
SANA: ABŞ Suriya neftini daşıyan 55 maşını İraqın şimalına keçirib 

04 İyul 2022, 15:12 (GMT +4)
AFFA "Zirə"nin məşqçisi ilə bağlı şikayəti təmin etməyib

04 İyul 2022, 15:10 (GMT +4)
Reuters: Roma Papası Kanadaya səfərindən sonra Moskva və Kiyevə səfər etmək istədiyini deyib

04 İyul 2022, 15:00 (GMT +4)
Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66