İranın İlam əyalətində silahlı şəxs insanları giröv gütürüb, ölənlər var18 May 2022, 13:14 (GMT +4) Bakı, 18 may, SalamNews, B.Samid. İranın İlam əyalətində bir dövlət idarəsinin sabiq işçisi digər işçiləri giröv götürüb. Ölənlər var.
SalamNews İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İlam əyalətinin Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, şəhərdə “Aztəminatlılar Fondunun Əmlak İdarəsi”nin sabiq işçisi müəssisəyə silahla hücum edib.
O, burada işçiləri giröv götürüb və daha sonra onlardan dördünü öldürüb.
Məlumata görə, silahlı sonda özünü də güllələyib. Hadisə nəticəsində daha beş nəfər yaralanıb.
İlam Polisi hadisə ilə bağlı araşdırmanı davam etdirir.
|