Borisov: Rusiya “S-500” zenit-raket komplekslərini silahlanmaya qəbul etməyə başlayıb18 May 2022, 12:56 (GMT +4) Bakı, 18 may, SalamNews. Rusiya Silahlı Qüvvələri “S-500” zenit-raket komplekslərini silahlanmaya qəbul etməyə başlayıb.
SalamNews "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Yuri Borisov məlumat verib.
"Bu gün hava hücumundan müdafiə və raketdən müdafiə funksiyalarını praktiki olaraq birləşdirən "S-500" kompleksləri artıq silahlanmaya daxil olmağa başlayır", deyə Borisov bildirib.
Borisov bildirib ki, "S-500" sistemi "Tor", "Buk", "S-300", "S-350" və "S-400" zenit-raket kompleksləri kimi dünya bazarında yüksək tələbata malikdir.
Onun sözlərinə əsasən, Rusiya texniki xüsusiyyətlərinə görə dünya bazarında bu tip silahlar üzrə şərtsiz liderdir.
|